Fim.az » idman » "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.