Fim.az » idman » “Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq
“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq

“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq

“Qarabağ” bu gün iki dəfə “Tvente” ilə oynayacaq


Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.

İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.


Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.