Fim.az » idman » "Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq
"Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün Avstriyada Ukrayna klubu ilə qarşılaşacaq


Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşacaq.

Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 sınaq matçı keçirəcək. Ağdam təmsilçisi Ukrayna klubu ilə oyundan dörd gün sonra Niderland “Tvente”si ilə iki görüşə çıxacaq. İyulun 15-də baş tutacaq son qarşılaşma isə Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq.