
Azərbaycanın yeni ombudsmanı seçildi

Səbinə Əliyeva yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında qərar qəbul olunub.
Prezident İlham Əliyev ombudsman vəzifəsinə 3 nəfərin - hazırkı ombudsman Səbinə Yaşar qızı Əliyevanın, hüquq elmləri doktoru, professor, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Yasinəli oğlu Qaracayevin və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Rafiq qızı Vəliyevanın namizədliyini irəli sürmüşdü.
Müzakirələrin yekunu olaraq deputatlar Səbinə Əliyevanın növbəti dəfə Ombudsman seçilməsinə səs verib. O, daha 7 il müddətinə Ombudsman vəzifəsini icra edəcək.
Paylaş:








