Fim.az » idman » "Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub
"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub

"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub

"Qarabağ"ın Yunanıstana səfər proqramı bəlli olub


UEFA Avropa Liqası matçında Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, komanda yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcək və qarşılaşmadan sonra Bakıya qayıdacaq.

"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.