Fim.az » dunya » Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi
Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi

Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi

Rusiya və Ukraynada dəhşətli zarafat: Əhaliyə yalançı nüvə xəbərdarlığı göndərildi


Ötən gün həm Rusiya Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi, həm də Ukraynanın "Airborne Alert" hava təhlükəsi xəbərdarlığı tətbiqi haker hücumuna məruz qalıb.

Rusiyanın Belqorod, Oryol, Voronej və Rostov vilayətlərinin sakinlərinə nazirlik tətbiqindən nüvə hücumu təhlükəsi barədə xəbərdarlıq göndərilib.

Rusiya FHN xəbərdarlığın hakerlər tərəfindən göndərildiyini açıqlayıb: "Diqqət! Rusiya Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kütləvi kiberhücuma məruz qalıb və nəticədə ictimaiyyətə yalan məlumat göndərilib”.
Nazirliyin mətbuat xidməti problemi aradan qaldırmaq və tətbiqin normal funksionallığını bərpa etmək üçün işlərin aparıldığını aydınlaşdırıb.

Ukraynada isə dünən axşam Kiyevə nüvə hücumu təhlükəsi elan olunub. Ardınca "Airborne Alert" tətbiqində Rusiyalı hakerlərin müxtəlif xəbərdarlıqları yerləşdirilib. Ukrayna Hərbi Hava Qüvvələri tətbiqin ələ keçirildiyini elan edərək, hər hansı radiasiya təhlükəsinin olmadığını bildirib.