Fim.az » dunya » “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”

“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”

“Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”


“İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqton bu ölkəyə qarşı yeni addımlar ata bilər”.

“Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“İranla məsələni indiyədək həll etməməyimizin yeganə səbəbi humanist davranmaq istəyimdir. Mümkün qədər çox insanın həyatını xilas etməyə çalışıram, lakin müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”, - ABŞ lideri bildirib.

O, İranla bağlı vəziyyətin yaxın vaxtlarda həllini tapacağını da vurğulayıb: “Ya onlar razılaşma əldə edəcəklər, ya da biz bu məsələyə özümüz son qoyacağıq”.

Tramp problemin asan yolla həll edilə biləcəyini qeyd etsə də, bununla bağlı əlavə məlumat açıqlamayıb.