Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir

26-08-2026, 09:33 5

“20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir


“5 ildir yaşadığım, bütün qanuni sənədləri, çıxarışı olan evimin qarşısından keçən küçə ilə bağlı başqa bir şəxsə çıxarış verilib. Həmin şəxs də daş, qum töküb özünə ev tikir. Nəticədə evimizə girib-çıxa bilmirik. Tək bizim yox, həmin ərazidə yaşayan 20-dən çox sakinin evinin yolu bağlanıb...”

Bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonunun Digah qəsəbəsi Şövkət Ələkbərova küçəsi 55 ünvanında yaşayan tibb xidməti polkovnik-leytenantı Namiq Əliyev müraciət edib.

Zabitin sözlərinə görə, 2017-ci ildə sözügedən ərazidə atası Elfail Əliyevin adına 6 sot torpaq sahəsi alıb və orada ev inşa etdirib: “Torpağım tam qanuni - çıxarış sənədi ilə alınıb. 2021-ci ildə isə orada evimi tikmişəm və evimə də çıxarış almışam. Həmin ildə də evə ünvan verilib: Şövkət Ələkbərova küçəsi 55. Ünvan portalında da axtarış edəndə mənim evimi göstərir. Bu ilin mart, ya aprel ayında mənə zəng gəldi ki, bəs sizin evin qabağı bizim torpaq sahəsidir. Dedim axı bu necə ola bilər? Ora mənim ünvanımdır, dövlətin küçəsidir. Məndən əlavə, yuxarıda təxminən 25 evin yoludur. Dedilər, yox, o yol səhv salınıb, ora bizim torpağımızdır. Biz həmin yoldaşla görüşdük. Çıxarışına baxdım ki, həqiqətən orada başqa torpaq sahəsi görünür. Məsələ burasındadır ki, işıq dirəkləri, su xətləri, internet xətti – hamısı o küçədən keçir. Hardasa 10-12 metr enində böyük bir küçədir. Qonşulara da həmin küçəyə ünvanlar verilib, çıxarışları olanlar var...”



Şikayətçi bu səbəbdən bütün rahatlığının əlindən alındığını, evindən köçmək məcburiyyətində qaldığını deyir: “Görünür, həmin şəxsə koordinatlarını səhv veriblər, gətirib bizim torpağa bitişdiriblər. Onlara saxta sənəd veriblərmi, günah kimdədir, bilmirəm. Həmin şəxs də gətirib düz mənim evimin qabağına daş, qum töküb, bölgü aparır. Mən bugünkü gün darvazamdan içəri girib-çıxa bilmirəm. Məcbur olub yayın istisində köçmüşəm şəhərə.

Əgər orada ev inşa olunsa, mənim evimlə yanaşı 20-dən çox evin yolu bağlanır. Biz Digahın mərkəzi küçəsinə düşmək üçün gərək 700 metr fırlananaq başqa tərəfdən keçib gələk. Qonşular da, mən də öz evimizin layihəsini, qapının girişini, pəncərələrin yerini - hər şeyi bu küçəyə uyğunlaşdırmışıq. Mən hərbçi olduğuma görə hər şeydə qanun tərəfdarıyam. Həmişə çalışmışam ki, sənədlərim qaydasında olsun, problem olmasın. 10 ildən sonra gəlib belə bir şey çıxır ortalığa, ailəmin bütün rahatlığı əlindən alınır”.

N.Əliyev problemlə bağlı aidiyyəti qurumlara – 102 xidmətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdiyini əlavə edib.

Şikayətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Əliyev Elfail Lətif oğlunun Digah qəsəbəsi, Şövkət Ələkbərova küçəsi ev 55A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 02.07.2021-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb: “Qeyd olunan fərdi yaşayış evinin qonşuluğunda yerləşən və şikayət olunan 6 sot torpaq sahəsi üzərində hüquqlar bundan əvvəl 10.10.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Belə ki, ilkin olaraq Abşeron rayon icra başçısının 10.06.1999-cu il tarixli Sərəncamı ilə Rüstəmov Xıdır Nağı oğluna 0.12 ha torpaq sahəsi ayrılıb və həmin torpaq sahəsinə dair ona 16.10.2006-cı il tarixli çıxarış verilib. 19.12.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin 0.06 hissəsi başqa şəxsə satılıb (həmin sahə şikayət olunan torpaq sahəsinə bitişik olmaqla qonşuluğundadır). Yerdə qalan 0.06 ha hissə 04.03.2026-cı il tarixli alqı-satqı müqaviləsi ilə şikayət olunan torpaq sahəsinin hazırki sahibinə satılıb.

Məlumat üçün bildiririk ki, torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yeri (ərazi torpaq sahəsinə dair 10.10.2007-ci il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatlar daxilində yerləşir) uyğundur. Həmin torpaq sahəsinin xüsusi mülkiyyət olduğunu nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq burada müvafiq icazələr alınmaqla tikinti işləri aparıla bilər.



Qeyd olunan torpaq sahəsi bundan əvvəl istifadəsiz olduğundan və hüquq sahibləri tərəfindən uzun müddət sahiblənmədiyi səbəbindən həmin torpaq sahəsi ümumi yol kimi istifadə edilib”.

Xidmətdən, həmçinin bildirilib ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14.11.2017-ci il tarixində Şövkət Ələkbərova küçəsinin başlanğıc və son nöqtələri göstərilməklə xəritəsi işlənib və 21.11.2017-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilərək Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) yerləşdirilib: “Əliyev Əfrail Lətif oğluna məxsus fərdi yaşayış evi üzərində hüquqlar qeydiyyata alınarkən evin ünvanı ÜRİS məlumatlarına əsasən təyin edilib.

Əlavə olaraq bildiririk ki, şikayət olunan torpaq sahəsi Əliyev Elfail Lətif oğluna məxsus ünvanı Şövkət Ələkbərova küçəsi ev 55A olan fərdi yaşayış evinin və həmin ünvanla üzbəüz olan ünvanı Şövkət Ələkbərova küçəsi ev 50 göstərilən fərdi yaşayış evinin (ümumilikdə iki evin) girişini bağlayıb. Lakin, Şövkət Ələkbərova küçəsi ilə kəsişən 5 küçə olduğundan həmin küçədə yerləşən digər evlərə alternativ yollar mövcuddur. Həmçinin Əliyev Elfail Lətif oğluna məxsus evin girişinin Hacırza Rzayev küçəsindən açılması imkanı var.

Bununla əlaqədar, vətəndaş Namiq Əliyev (Elfail Əliyevin oğlu) 4 saylı Abşeron ərazi idarəsinə dəvət olunub və mübahisə predmeti hesab etdiyi torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ona əyani olaraq göstərilərək ünvanının digər küçəyə (Hacırza Rzayev küçəsinə) dəyişdiriməsi təklif edilib”.

Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Vətəndaşlar arasında olan, torpaq və ərazi sərhədləri ilə bağlı mübahisələr yalnız hüquq-mühafizə orqanları vasitəsilə araşdırıla və hüquqi qiymət verilə bilər. Abşeron RİH vətəndaşlara hüquqi yardım göstərməyə hazırdır”.

Qeyd edək ki, 21 ildən artıqdır ki, orduda xidmət edən N.Əliyev Vətən müharibəsi və Antiterror əməliyyatının iştirakçısıdır.




Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
17 fev 2026 | 12:39

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız


gundem / bolge
18 apr 2024 | 18:28

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO


gundem / cemiyyet
14 apr 2025 | 16:42

Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR


sosial
10 yan 2024 | 12:22

"Kupça" almaq istəyənlərin NƏZƏRİNƏ!: Bu sənədlər lazımdır - VİDEO


gundem / arasdirma / cemiyyet
12 apr 2025 | 17:32

Daha bir MTK yaşayış ola-ola söküntü aparır - "Evimi başıma uçurdurlar, kömək edin" - FOTO - VİDEO


gundem / cemiyyet
6 may 2024 | 17:29

" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY


sosial
13 fev 2026 | 12:28

Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...


gundem / bolge
28 okt 2025 | 13:35

“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”


sosial
2 may 2024 | 13:44

Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə