Fim.az » idman » FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək

FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək

FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək


Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.
A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.

Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.

Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.

A Divizionu

Final

18:00. Çexiya - İspaniya

B Divizionu

Final

15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)

C Divizionu

Final

13:30. Tunis - Belarus (65-ci yer uğrunda)

D Divizionu

Final

12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)

E Divizionu

Final

10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)

F Divizionu

Final

09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)

Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.