Fim.az » iqtisadiyyat » Manatla bağlı mühüm qərar verildi
Manatla bağlı mühüm qərar verildi

Manatla bağlı mühüm qərar verildi

Manatla bağlı mühüm qərar verildi


Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini sabit saxlayıb.
AMB-nin İdarə Heyəti bununla bağlı qərarını açıqlayıb.

Nəticədə, uçot dərəcəsi 6,5% səviyyəsində, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

Məlumata əsasən, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi və baza inflyasiya göstəricilərinin, inflyasiya gözləntilərinin və risklər balansının dinamikası nəzərə alınıb. Eyni zamanda valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər qiymətləndirilib.