İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”

28-10-2025, 13:35 85

“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”


Bakının Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayan Jalə Abbasova və həyat yoldaşı qəsəbənin icra nümayəndəsi Hüseyn Babayevin onlara saxta sənəd verdiyini iddia edirlər.

“Qafqazinfo”ya müraciət edən şikayətçilər bildirib ki, icra nümayəndəsindən 2015-ci ildə aldıqları 6 sot torpaq sahəsində ev tikiblər.

Onların sözlərinə görə, sonradan torpağın sənəndinin saxta olduğu üzə çıxıb və bu səbəbdən evi sata bilmirlər:

“Hüseyn Babayev bizə torpağın İlqar Ömərov adlı şəxsin adına olduğunu və 11.05. 2000-ci il tarixli 428 saylı tikinti üçün sərəncam alındığını bildirdi. Biz hissə-hissə olmaqla Hüseyn Babayevə 10 min manat pul verdik. O da 6 sot torpağın həyat yoldaşımın adına 80 illik müqavilə ilə keçməsinə dair sənəd təqdim etdi”.

“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”


Şikayətçi bildirib ki, bundan sonra həmin torpaq sahəsində 2 ev tikdiriblər. Yalnız bundan sonra torpaq sahəsində tikintiyə icazə verən sərəncamın saxta olduğunu öyrəniblər:

“Səhhətimdə yaranan problemlə bağlı xaricdə müalicə olunmağım üçün təcili pula ehtiyacım yarandı və bu məqsədlə evlərdən birini 60 min manata satmaq qərarına gəldik. Evi almağa razılaşan M.Məmmədov adlı vətəndaş daha sonra sənədlərlə bağlı maraqlanmaq üçün Ümid qəsəbə İcra Nümayəndəliyinə gedib və orada Hüseyn Babayevlə görüşüb. Hüseyn Babayev orada alıcıya deyib ki, torpaq sahəsində tikintiyə dair 2000-ci ildə verilmiş sərəncam əslində saxtadır və hansısa sənədin surətindən götürülüb. O, həmin sərəncamın arxivdə kökünün olmadığını deyərək evi almamağı məsləhət görüb. Düşünürəm ki, Hüseyn Babayevin öz satdığı torpaqla bağlı belə bir addım atması məntiqə uyğun deyil. Bu yolla o, vaxtilə bizi aldadaraq təqdim etdiyi saxta sənədlərin başqalarının əlinə düşməməsinə və işin böyüməməsinə çalışır”.

J.Abbasova iddia edib ki, icra nümayəndəsi Ümid qəsəbəsində torpaq və əmlak satışına nəzarət edir və onların evini almaq istəyən şəxsə başqa “sənədli və kupçalı” ev təklif edib:

“Biz məsələ ilə bağlı aidiyyəti qurumlara, eləcə də prokurorluğa müraciət etmişik. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bununla bağlı araşdırma başladılıb və aidiyyəti sorğular verilib. Ümid edirəm ki, məsələyə obyektiv baxılacaq və hüquqi qiymət veriləcək. Bundan başqa, 2018-ci ildə mənim adımı xəbərim olmadan məşğulluqda fəhlə kimi də yazdıraraq pul alıb. Biz banka kredit üçün müraciət edəndə mənim iş yerimin olduğunu dedilər və öyrəndik ki, Hüseyn Babayev sənədlərimi məndən xəbərsiz məşğulluğa verərək belə bir hərəkət edib. Həmin vaxt biz dərhal iş məsələsinə xitam verdirdik”.

Əldə etdiyimiz məlumata görə, Hüseyn Babayevin əməlləri ilə bağlı daxil olmuş şikayət əsasında Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb və müvafiq ekspertizalar təyin edilib.

“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”
“İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxdı, evi sata bilmirik”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / bolge
11 sen 2025 | 15:23

Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?


sou
21 avq 2024 | 18:09

Hüseyn Həsənov helikopterlə Qarabağa getdi


gundem / bolge
19 sen 2024 | 12:33

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!


gundem / arasdirma / bolge
16 yan 2025 | 17:07

Yeni Suraxanıda, 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə göz dikən kimlərdi –FOTOLAR


hadise
13 dek 2023 | 16:14

Aqşin Bəbirov və Hüseyn Axundov Vətənə nə vaxt qayıdacaqlar?


gundem / arasdirma / bolge
3 iyl 2024 | 16:53

Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?


gundem / bolge
31 okt 2024 | 16:11

Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...


gundem / arasdirma / bolge
30 okt 2024 | 13:36

3700 manat pul aldı, başqasının torpağını göstərib “sənin yerindir” dedi... - İTTİHAM VAR...


gundem / bolge
18 apr 2024 | 18:28

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO


cemiyyet
23 iyl 2025 | 13:28

Sənədsiz ev sahiblərinə şad xəbər: 15 gün vaxt veriləcək


hadise
23 fev 2024 | 17:00

Vəzifəli şəxsə cinayət işi açıldı


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə