ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib” “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Falçı qapısı - kasıblar getmir, varlıları isə aldadırlar

11-06-2025, 18:30 150

Falçı qapısı - kasıblar getmir, varlıları isə aldadırlar


Ekspert: “Falçının insanın həyatını dəyişəcəyinə inanmaq insanın özünə dediyi ən böyük yalandır”
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı Nərgiz Soltanovanın cinayət işi ölkədə geniş yayılmış və illərdir müzakirə olunan bir fenomeni yenidən gündəmə gətirib: “falçılıq” və bu ad altında baş verən dələduzluqlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Soltanova külli miqdarda dələduzluqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, iki qadını - onlardan biri Ukrayna vətəndaşı olmaqla - "cadunu pozmaq", “müharibədən qorunmaq üçün ritual keçirmək” kimi vədlərlə ümumilikdə 74 min manat aldatmaqda günahlandırılıb.

Məlumata görə, Soltanova əvvəlcə taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadına “kəfən dönməsi” adlı ritual təklif edib. Qadına öləcəyi barədə cadu edildiyini deyərək qorxudub və həmin “cadunu pozmaq” üçün ondan 21 min manat pul alıb. Digər hadisədə isə Ukrayna vətəndaşı Viktoriya adlı qadına və ailəsinə “müharibə təhlükəsindən qoruyacaq” ritual adı ilə 53 min manat qarşılığında “xidmət” göstərib.

Nərgiz Soltanova özünü təqsirli bilməsə də, məhkəmənin qərarı ilə barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək həbs-qətimkan tədbiri ilə əvəz olunub.

Bu fakt, ölkədə falçılıq və baxıcılıq adı altında baş verən dolandırıcılıqların tək-tük hadisə olmadığını bir daha təsdiqləyir. Qeyri-rəsmi fəaliyyət göstərən bu şəxslər, xüsusən də sosial şəbəkələr və ağızdan-ağıza yayılan “şöhrətləri” sayəsində insanların inamını qazanır və bu inamı sui-istifadə üçün alətə çevirirlər.

Kimlər baxıcılara gedir və niyə?

Azərbaycan reallığında bu cür şəxslərin “müştəri” bazası düşündüyümüzdən daha maraqlıdır. Adətən elə düşünülür ki, falçılara, baxıcılara kasıb təbəqə, savadsız insanlar üz tutur. Amma praktika göstərir ki, əksinə, onların əsas hədəfi varlı və ya müəyyən maddi imkanı olan insanlardır. Çünki maddi sıxıntı içində olan vətəndaşın “cadu pozdurmaq”, “dua yazdırmaq”, “ailəsini qorumaq üçün ritual etdirmək” üçün külli miqdarda vəsait xərcləməyə nə imkanı, nə də ehtiyacı var.

Psixoloqlar deyir ki, insanların falçılara üz tutmasının əsas səbəblərindən biri qorxu və çıxışsızlıq hissidir. Zahirən imkanlı görünən insanlar da zaman-zaman şəxsi həyatlarında yaşadıqları gərginliklərə görə rasional düşüncədən uzaqlaşa bilir, “son ümid yeri” kimi baxıcılara müraciət edirlər. Və təəssüf ki, bu anda qarşılarına çıxan “peşəkar dələduzlar” onların bu zəif anından istifadə edirlər.

Qanunvericiliyə görə, baxıcılıq və falçılıq kimi fəaliyyətlər birbaşa qadağan olunmasa da, bu fəaliyyət adı altında törədilən dələduzluqlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılır. Problem ondadır ki, bu kimi hallar çox zaman sübuta yetirilə bilmir. İnsanlar ya utandıqlarından, ya da hüquqi nəticələrdən qorxaraq şikayətçi olmaqdan çəkinirlər. Bundan başqa, Azərbaycanda bu sahədə konkret lisenziyalaşdırma və ya tənzimləmə mexanizmi yoxdur. Nəticədə “falçı”, “duaçı”, “enerji müalicəçisi” adı ilə fəaliyyət göstərənlərin böyük əksəriyyəti nəzarətsiz fəaliyyət göstərir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, falçı yanına getmək bütün dövrlərdə mövcud olub: “Qədim dövrlərdən bu günümüzədək falçılıq olub. Falçılar xurafatdan, cəhalətdən, yalançı inanclardan istifadə edərək insanları bu cür aldadırlar. Burada əsas məqsəd isə mənfəət əldə etməkdir. Maraqlı məqam isə ondan ibarətdir ki, belə falçıların insanlara təsir gücü çox olur. Onlar yanlarına gələn insanların həyəcanını, gərginliyini sezir, bədən dilinə baxır və onun əsasında proqnozlar verir. Göründüyü kimi, əslində insanın özü bütün məlumatları falçılara ötürür, lakin bunu şüurlu şəkildə etmir deyə fərqində olmur. Falçının dediyi təsadüfən düz çıxanda isə insanların ona inamı möhkəmlənir.

Bəzən insan çətin duruma düşür, çıxış yolu tapa bilmir, hətta saman çöpündən də yapışmağa hazır olur ki, o vəziyyətdən çıxsın. Belə olan halda onların vəziyyətindən falçılar deyilən dələduz zümrə məharətlə istifadə edir və çox böyük məbləğdə mənfəət əldə edir. Təəssüflər olsun ki, falçılara imkanlı və tanınmış şəxslər də müraciət edirlər. Onlar çətin durumda rasionallığı itirir, labrint vəziyyətdən yeganə çıxış yolunu mistikada görürlər. Halbuki bu qeyri-düzgün yoldur. Əfsus ki, Azərbaycanda falçılqla mübarizə kampaniya xarakterlidir. Halbuki falçılıq dələduzluğun bir növüdür, inzibati xətalar və cinayət məcəllələri ilə cəzalandırılmalıdır. Bu, ardıcıl şəkildə edilməlidir. Bu istiqamətdə maarifləndirmə işləri də aparılmalıdır ki, insanlar xurafatdan ayılsınlar, tələyə düşməsinlər. İnsanlar bir şeyi bilməlidirlər ki, əgər falçılar gələcəyi görmək və həyatı, çətinliyi dəyişmək qüdrətinə sahib olsaydılar, elə özlərinə və yaxınlarına kömək edərdilər, güzəranlarını yaxşılaşdırardılar da. Deməli, bu fırıldaqçılıqdır. Həm din, həm də elm falçılığı rədd edir".

Psixoloq Günel İsmayıllı bildirir ki, falçıya inanmaq nəsildən-nəsilə ötürülən inanclar sisteminə bağlıdır: “Biz uşaqlıqdan nəyi görüb eşidiriksə, bunlar bizim beynimizdə şüuraltı səviyyəsində kodlanır. Həmin kodlanan fikir və düşüncələr avtomatik olaraq bizi yetkinlik çağımızda da idarə edə bilir. Falçıya gedənlər arasında təhsilli və varlı insanlar da var. Mən hər zaman deyirəm, ali məktəbdə təhsil almaq, çoxlu pula sahib olmaq hələ o demək deyil ki, şəxs ağıllı insandır. Bu, sadəcə, təhsilyönümlü bacarıqlara sahib olmaq deməkdir. Həmçinin bir insanın varlı olması da onun əlahiddə qabiliyyəti ilə bağlı olan bir şey deyil. Zənginlik nəsildən nəsilə də keçə bilər. Pula sahib olmaq hələ düşüncənin zənginliyi demək deyil. Düşüncədə zəngin olmaq üçün ilk növbədə biz öz reallığımızı, özümüzü tanımalıyıq. Əgər özümüzü tanımırıqsa, əzbərlənmiş bir həyat yaşayırıq. Yaşam isə bu deyil. Özümüzdən əvvəlki nəslin etdikləri qızıl qayda deyil, onların etdikləri səhvləri etmək məcburiyyətində deyilik.

Falçının insanın həyatını dəyişəcəyinə inanmaq insanın özünə dediyi ən böyük yalandır. İnsan arzusuna, istəklərinə çatmaq üçün bəzən özünə o qədər yalan danışır ki, bir müddət sonra isə görür ki, çöküb. Falçıya gedən insan təhsilli, savadlı şəxs ola bilər. Bu, formalaşmayan, inkişaf etməyən, düşüncənin zəifliyi ilə əlaqəlidir. Bir də insanın mənlyinin formalaşmaması var. Belə şəxslər əzbərlənmiş, nəsildən-nəsilə ötürülən kodlarla yaşayırlar. Bu o zamana kimi davam edir ki, şəxs öz səhvini görmür, onu sorğulayıb nəticə çıxarmır".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
14 avq 2024 | 13:15

Cadugərlərin Azərbaycandakı ŞOK BİZNESİ - Milyonlarla pul....


sou
4 fev 2025 | 23:51

İlhamə Bədəlova və “Nə varsa” – Sosial dəyişiklik yaradan unikal layihə


cemiyyet
4 apr 2025 | 19:00

“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”


cemiyyet
30 avq 2024 | 15:40

Taksi xidmətində yeni fırıldaq - Müştəriləri belə aldadırlar


cemiyyet
10 apr 2025 | 14:10

Qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq məhkəməyə verildi – Cərimələndi


cemiyyet
17 dek 2024 | 12:36

Bayramla bağlı VACİB AÇIQLAMA: Bu hal ağır xəstəliyə yol açır


cemiyyet
7 sen 2023 | 12:52

Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası


dunya / maraqli
22 avq 2024 | 14:48

“10 il sonra milyonlarla insanın beynində çip olacaq”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
18:30 0
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
17:42 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
17:37 0
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə