İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası

7-09-2023, 12:52 523

Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası


Hacı Salayev yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz fəaliyyəti ilə təkcə işlədiyi işlərdə deyil, yaşadığı yerdə, dost-tanış və qohum-əqraba arasında da fəaliyyəti ilə olduqca qürurvericidir.
Düşünürəm ki, işə qəbul ediləcək insanların sahəvi bilik və bacarıqları ilə bərabər həm də şəxsi və əxlaqi keyfiyyətləri çox mühimdir. Bəzi hallarda insanın bu keyfiyyətləri sahəvi biliklərindən daha da üstün tutulur. Bu gün bəhs etdiyimiz insan bu cür keyfiyyətlərlə daha zəngindir. Bu da onu göstərir ki, şərəf, ləyaqət və vicdan hissi insanlara irsdən və kökdən gələndir.
Hacı Salayev işlədiyi müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, hadisələrə geniş baxışı ilə iş təcrübəsində yeni bir səhifəni açmış oldu. Bu da öz növbəsində idarəetmədə xarakter əsas səbəblərdən biridir. Hacı müəllimin fəaliyyəti geniş bir sahəni əhatə edir. Bildiyiniz kimi ictimaiyyətlə işləmək çox çətin olduğu kimi, həm də mürəkkəbdir. Baxmayaraq ki, işin ağırlığı və məsuliyyətliliyi çox olsa da, Hacı müəllimin öhdəsindən professionallıqla gələ bilir. Bu aradan belə qənaətə gəlmək olar ki, Hacı müəllimin həm savadı, həm ləyaqəti, həm də dövlətə sədaqəti başqa məmurlardan fərqləndirir. Şəhid ailələrinə, Qarbağ əlillərinə, kimsəsizlərə diqqət və qayğısı ilə özünün fərdi keyfiyyətləri ilə fərqlənir Hacı müəllim.
Bir insan özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan Hacı Salayevdir.
Hacı müəllim yüksək insanlığı ilə seçilən bir insandır!
Hacı Salayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Ətrafında elə bir insan yoxdu ki, Hacı müəllimin diqqətindən kənarda qalsın. Yəni xeyirxahlıq, humanizm, səmimiyyət, insansevərlik, vətəndaş təəssübkeşliyi, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, hüquqların qorunması və təbliği və digər fəaliyyət istiqamətləri Hacı Salayevin həyat amalına çevrilib və zaman-zaman bu fəaliyyət daha geniş sahələri əhatə etməkdədir.
Hacı müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri cəzaçəkmə müəssisəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün postlarda Hacı Salayev özünü doğruldub.
Bizdə hörmətli Hacı müəllimə dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə