Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə? Azərbaycan millisinin heyəti açıqlandı Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı Afra Saraçoğlu da saxlanıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Taksi xidmətində yeni fırıldaq - Müştəriləri belə aldadırlar

30-08-2024, 12:40 172

Taksi xidmətində yeni fırıldaq - Müştəriləri belə aldadırlar


Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən narazılıqlar artıb. Buna səbəb isə tariflərlə bağlı ziddiyyətin ortaya çıxmasıdır. Müştərilər bildirir ki, onların sistemində göstərilən gediş haqqı qiyməti ilə sürücülərin sistemindəki qiymətlər eyni deyil.

Qeyd edilir ki, müştəri sifariş verəndə qiymət 5 manat göstərirsə, taksiyə əyləşəndən sonra sürücü 7 manat yazdığını deyir. Və yaxud da şirkət vətəndaşa endirim edirsə, bu, sürücünün sistemində görünmür. Son günlər belə hallar çoxalıb. Amma bunun nə ilə əlaqəli olduğu deyilmir. Müştərilər bunu şirkətin fırıldağı kimi qəbul edirlər. Sürücülər də etiraf edirlər ki, “Bolt” belə problemlər yaşadır və nəticədə sürücü ilə müştəri üz-göz olur.

Ümumiyyətlə, Bakıda taksilərdə gediş haqlarının qiyməti artsa da, keyfiyyətdə irəliləyiş yoxdur. Ötən aylar qısa məsafə üçün iki-üç manat tələb olunurdusa, indi eyni məsafəyə görə ikiqat ödəniş olunur.

Lakin problemlər bununla bitmir, bəzən sürücülər kartla edilmiş sifarişləri ləğv edir, bəzənsə tətbiqdə yeni avtomobilin gələcəyi göstərilsə də, göndərilən maşın köhnə model olur.

“Bolt” xidmətinin Azərbaycandakı fəaliyyəti 2017-ci ildən başlanıb. Hazırda Azərbaycanın 11 şəhərində - Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Quba və Lənkəranda fəaliyyət göstərir.

“Bolt”la çoxlu sayda sürücü əməkdaşlıq edir, amma onlar “Bolt”un işçiləri deyil. Aktiv sürücülərin dəqiq sayını demək mümkün deyil, çünki onların bir hissəsi daimi işlədiyi halda, bir çoxu öz “Bolt” hesabından hərdənbir işləmək üçün istifadə edir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, taksilərdə qiymətlərin tənzimlənməsi aşağı hədlə bağlı olub. Yəni başlanğıc qiymət 2 manat 50 qəpik təyin edildi: "Ondan yuxarı həddi daşıyıcı şirkətlər, operatorlar özləri müəyyənləşdirir. Bunu müştəri sifariş verəndə aydın şəkildə görür. Ünvana gedib çatanda qiymət dəyişirsə, bu, artıq qanun pozuntusudur. Çünki ola bilsin şəxs ünvanı verir, getdiyi yerdən əlavə məsafə sürdürür, bu ayrı məsələdir. Sürücü onun qeydiyyatını aparırsa, qiymətdə artım ola bilər. Amma gediş haqqı vətəndaş və sürücüdə fərqli göstərilə bilməz. Bu yalnız sürücünün şifahi şəkildə dediyi formada ola bilər. Tutaq ki, gediş haqqı 5 manat yazıb, sürücü deyir ki, o bu məsafəyə 7 manata aparacaq. İki manat da əlavə alır. Təcrübədə belə hallar olub.

Ola bilsin ki, şirkət müştəriyə endirim edib, amma bu, sürücünün sistemində görünmür. Belə halda sürücü şirkətə xəbər verməlidir ki, nəzərə alıb düzəltsinlər.

Sifariş yerinə köhnə maşının gətirilməsinə gəlincə isə bununla bağlı ciddi problemlər var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də sürücülərə müraciət etdi ki, bu hallara son qoysunlar. Vətəndaşlara da müraciət olundu ki, belə halda 141 qaynar xəttinə məlumat versinlər. Bununla bağlı operatorları 20 min manatdan 40 min manata qədər cərimə gözləyir. Bu cərimələrin qarşısını almaq üçün “Bolt”, “Uber” kimi şirkətlər kampaniyalara başlayıblar. Deyirlər ki, əgər sizə təzə maşın təyin olunubsa, lakin real olaraq köhnə maşın gəlirsə, o halda onlara məlumat verilsin. Bunu edən vətəndaşa hədiyyə vəd edirlər. Yəni növbəti gedişlərdə endirim və s. Şirkətlər bu kimi hallarda vətəndaşlardan kömək istəyir. Vətəndaşlar da bu məsələdə bir az fəal olmalıdırlar.

Sosial şəbəkələrdə narazılıq etsələr də, rəsmi şəkildə şikayət etmək istəmirlər. Deyirlər ki, kiminsə çörəyinə bais olmaq istəmirlər. Həm xidmətdən narazılıq edirlər, həm də şikayət etmək istəmirlər.

Dövlət bunun hamısına nəzarət edə bilmir. Vətəndaşın müdaxiləsi vacibdir. Çünki sürücülər təzə maşınla qeydiyyatdan keçirlər, köhnə ilə xidmət edirlər. Belə sürücülər arxayındır ki, 5-10 manat qazanacaqlar. Amma bunların məsələsi üzə çıxanda onların avtomobilləri sistemdən silinir, özlərinin də kimlikləri barədə məlumat toplanılır ki, gələcəkdə taksi sürücüsü ola bilməsinlər".

Ekspert kartla edilən taksi sifarişlərinin sürücülər tərəfindən ləğv edilməsindən də danışıb: “Bunu çox vaxt sübut etmək olmur. Sürücülər belə əsaslandırırlar ki, uzaqdadırlar və gəlib çata bilməyəcəklər. Yəni səbəb sırf kart olsa, vətəndaş şikayət etməlidir. Sürücülər bilir ki, qanunda boşluq yoxdur. Sadəcə olaraq, dövlət humanistlik göstərir və onların üzərinə getmir. Vaxt gələcək onlar hər bir xırda səhvə görə bunun cəzasını çəkəcəklər, az qalıb”.

E.Muradlının sözlərinə görə, biznes sahəsi açıqdır və istənilən sahibkar taksi ilə bağlı sistemi qurub, bu işi görə bilər: “Amma təəssüf ki, yerli taksi şirkətləri mükəmməl sistem qura bilmirlər. "Bolt" və “Uber” isə dəqiq və kefiyyətli sistem qura biliblər. Yerli şirkətlər onlarla ayaqlaşa bilmir".

Mövzu ilə bağlı “Bolt” şirkətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
19 dek 2023 | 09:32

Azərbaycanda bu taksi şirkəti gediş haqqını bahalaşdırdı - Yeni qiymət


sosial
17 may 2024 | 11:46

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA


cemiyyet
2 fev 2024 | 11:47

Taksi qiymətləri artdı: yeni xidmət haqqı əlavə edildi


sosial
3 may 2024 | 14:00

Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA


kriminal
14 fev 2024 | 12:27

Psixi problemləri olan şəxs necə sürücü ola bilib? - Sərt REAKSİYA


cemiyyet
17 yan 2024 | 12:35

DYP XƏBƏRDARLIQ ETDİ - Bu sürücülər 150 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO


cemiyyet
31 may 2024 | 09:17

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 0
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
15:30 0
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
14:22 0
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
14:00 1
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
13:32 0
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
13:13 1
Azərbaycan millisinin heyəti açıqlandı
12:46 2
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
12:24 0
Afra Saraçoğlu da saxlanıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə