Fim.az » dunya » Trampdan seçki nəticələrinə dair - İlk açıqlama
Trampdan seçki nəticələrinə dair - İlk açıqlama

Trampdan seçki nəticələrinə dair - İlk açıqlama

Trampdan seçki nəticələrinə dair - İlk açıqlama


“Əgər mən seçki bülletenində olsaydım, böyük fərqlə qalib gələrdik”.

“Bunu ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların irəliləyişi və Nümayəndələr Palatasında çoxluğu əldə etməyə yaxınlaşması fonunda Prezident Donald Tramp sosial şəbəkə hesabında yazıb.

Tramp “New York Times” qəzetinə müsahibəsində isə seçki nəticələrini qəbul etməyə tamamilə hazır olduğunu bildirib. Eyni zamanda, Prezident siyasi rəqibləri ilə kompromisə getməyə açıq olduğunu qeyd edərək, yeni dövrdə Demokratlarla işləməyə hazır olduğunu vurğulayıb. Səlahiyyət müddəti çərçivəsində Konqresdəki güc balansının dəyişməsi ehtimalına toxunan Tramp prezidentin veto hüququnu xatırlatmaqla yanaşı, ortaq məxrəcə gəlinəcəyini ifadə edib.

Açıqlanan son göstəricilərə görə, Demokratlar Nümayəndələr Palatasında çoxluq üçün tələb olunan 218 yerlik həddə doğru irəliləyirlər. Senat yarışlarında da Demokratlar mühüm uğurlar qazanıblar.