Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb

1-07-2026, 13:00 37

Müəllimlərin narazılığı böyüyür: Elektron rezervasiya sistemi etiraz dalğası yaradıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemi ətrafında narazılıqlar səngimək bilmir. Son günlər xüsusilə müəllimlər müraciətlərinin dəfələrlə əsassız şəkildə rədd edildiyini bildirərək AHİK-in fəaliyyətini kəskin tənqid edir və həmkarlar ittifaqlarından çıxacaqlarını bəyan edirlər.

Tribuna.az xəbər verir ki, müəllim Ramin Fətullayev sosial şəbəkə hesabında paylaşdığı fikirlərlə bu narazılığı bir daha gündəmə gətirib.

O bildirib ki, sanatoriya-kurort mərkəzinə elektron rezervasiya sistemi vasitəsilə etdiyi müraciətə artıq 12-ci dəfə imtina cavabı verilib:

“Bu gün nəhayət sanatoriya-kurort mərkəzlərinə elektron rezervasiya sistemindən etdiyim müraciətə 12-ci dəfə imtina gəldi. Səbəb? Guya növbəlilik prinsipi imiş.

Bizim maaşımızdan həmkarlara tutulan vəsait də növbəlilik prinsipi ilə tutulsaydı, daha yaxşı olardı. Təhsilin həmkarları ümumiyyətlə heç bir işə yaramır. Çarə? Ərizə verib həmkarlardan çıxmaq”.

Müəllimin paylaşımı qısa zamanda geniş müzakirələrə səbəb olub. Şərhlərdə onlarla müəllim eyni problemlə üzləşdiyini, elektron sistem üzərindən etdikləri müraciətlərin ard-arda rədd edildiyini yazıb.

Narazılıq edənlər illərdir maaşlarından həmkarlar ittifaqları üçün üzvlük haqqı tutulmasına baxmayaraq, bu vəsaitin müqabilində real sosial dəstək və xidmət görmədiklərini bildirirlər.

Müəllimlər arasında artıq AHİK və sahə həmkarlar ittifaqlarından kütləvi şəkildə çıxmaq çağırışları da səslənir. Onların fikrincə, üzvlük haqlarının tutulduğu bir təşkilatın üzvlərinə göstərdiyi xidmət şəffaf və əlçatan olmalıdır. Əks halda, bu üzvlüyün davam etdirilməsinin heç bir mənası qalmır.

Gülşən Rəsul

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

idman
8 iyn 2026 | 11:15

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar


gundem / bolge
14 okt 2024 | 14:29

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? - İTTİHAM VAR...


gundem / bolge
16 okt 2025 | 16:33

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…


siyaset
2 avq 2024 | 09:00

Səttar Möhbalıyevin yerinə bu şəxs gətirilir - FOTO


gundem / bolge
9 okt 2024 | 14:56

Sabirabad Təhsilində "həmkarlar"ın pulları kimin cibinə gedir?


siyaset
9 iyl 2024 | 14:44

Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi yaradılır


siyaset
16 dek 2025 | 11:02

İlham Əliyev qurultay iştirakçılarına müraciət ünvanlayıb


gundem / cemiyyet
12 dek 2025 | 13:35

Təhsil Həmkarlar müəllimlərin maaşından tutduqları üzvlük haqqını haralara xərcləyir ?- Ramiz Mehdiyevin adamı olduğu deyilən Araz Paşayevə dur deyən olacaqmı ?


iqtisadiyyat
8 iyl 2024 | 14:10

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq


siyaset
26 avq 2024 | 14:11

Səttar Mehbalıyevin yerinə nazir müavini seçildi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
07:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
07:25 0
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə