Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı DİN-ə yeni vəzifə həvalə olundu Prezident və birinci xanım Şamaxıda İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ev sahibinə kirayə pulu ödəyəcəklər – Keçmiş məcburi köçkünlərlə bağlı QƏRAR VERİLDİ

12-01-2026, 11:23 76

Ev sahibinə kirayə pulu ödəyəcəklər – Keçmiş məcburi köçkünlərlə bağlı QƏRAR VERİLDİ


Bakının Nəsimi rayonunda yerləşən mənzillərdən biri ətrafında uzun illərdir davam edən hüquqi çəkişmə yeni mərhələyə qədəm qoyub.

Paytaxtın Vaqif prospektində yerləşən və vaxtilə məcburi köçkün ailəsinin məskunlaşdığı mənzil üzrə məhkəmə qərarına əsasən, həmin ailə evin sahibinə təxminən 34 min manat təzminat ödəməli olacaq.

Mənzilin sahibi A. Musayev təxminən 15 il ərzində öz mülkiyyətindən istifadə edə bilmədiyini bildirərək dəfələrlə yerli məhkəmələrə müraciət edib. Məsələ illər əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinin gündəminə də çıxarılıb və Azərbaycan hökuməti həmin mərhələdə qərarın icrası və kompensasiya ödənilməsi ilə bağlı öhdəlik götürüb. Lakin buna baxmayaraq, mənzil faktiki olaraq hələ də boşaldılmayıb.

Zərərin ödənilməsi tələbi

2025-ci ildə mülkiyyətçi yenidən məhkəməyə müraciət edərək bu dəfə “əldən çıxmış fayda” ilə bağlı iddia qaldırıb. O, qeyd edib ki, sözügedən ərazidə mənzillərin bazar kirayə dəyəri aylıq yüksəkdir və uzun müddət bu gəlirdən məhrum olub.

Məhkəmə işi üzrə qərarda kirayə haqları illər üzrə mərhələli şəkildə hesablanıb. Nəticədə, 2021-ci ilin payızından 2026-cı ilin yanvarınadək olan dövr üçün 33 min 900 manat məbləğində təzminatın ödənilməsi qərara alınıb.

Keçmiş məcburi köçkün ailəsi isə məhkəmədə bildirib ki, hazırda Füzuli rayonuna köçürülmələri üçün real imkan yoxdur və alternativ yaşayış yerləri mövcud deyil. Onlar iddia ediblər ki, mənzildə məskunlaşmaları öz iradələri ilə deyil, dövlət qurumlarının qərarı ilə baş verib və bu səbəbdən maliyyə məsuliyyəti daşımalı deyillər.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov NOCOMMENT.az-a bildirib ki, bu iş Azərbaycan hüquq sistemi üçün presedent xarakteri daşıyır və bir neçə fundamental hüququn toqquşmasını açıq şəkildə ortaya qoyur.

Onun sözlərinə görə, mülkiyyət hüququ həm Azərbaycan Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan əsas hüquqlardan biridir və bu hüququn uzun müddət faktiki olaraq icra olunmaması ciddi hüquqi pozuntudur.

Hüquqşünas vurğulayır ki, məhkəmə qərarının illərlə icra edilməməsi artıq təkcə mülki mübahisə deyil, dövlətin pozitiv öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər:

“Keçmiş məcburi köçkünlərin sosial statusu onların toxunulmaz və ya hüquqi məsuliyyətdən azad olması demək deyil. Məcburi köçkünlərin müdafiəsi dövlətin üzərinə düşən sosial öhdəlikdir və bu öhdəlik fərdi mülkiyyətçilərin hesabına icra edilə bilməz. Əgər dövlət vaxtilə köçkün ailəsini konkret mənzilə yerləşdiribsə, həmin ailənin orada qalmasına görə məsuliyyət də dövlətdə qalır. Bu halda mülkiyyətçiyə dəymiş zərərin kompensasiyası ya birbaşa dövlət tərəfindən ödənilməli, ya da ailəyə alternativ yaşayış sahəsi təqdim olunaraq mübahisə aradan qaldırılmalıdır”.

Hüquqşünas əlavə edib ki, məhkəmənin əldən çıxmış fayda ilə bağlı qərarı hüquqi baxımdan əsaslandırılmış görünür, çünki mülkiyyətçi real olaraq əmlakından istifadə edə bilməyib və bu, maddi itkiyə səbəb olub:

“Məhkəmənin kirayə haqlarını illər üzrə mərhələli və bazar reallıqlarına uyğun şəkildə hesablaması da hüquqi baxımdan balanslı yanaşmadır. Bununla belə, qərarın icrası mərhələsində sosial faktorlar nəzərə alınmadan yalnız məcburi köçkün ailəsinin üzərinə maliyyə yükünün qoyulması yeni hüquqi mübahisələrə yol aça bilər”.

Ekspertin fikrincə, bu tip işlər gələcəkdə daha çox aktuallaşacaq, çünki işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi davam etdikcə illərlə müvəqqəti sayılan yaşayış həlləri hüquqi problemə çevrilir:

“Dövlət qurumları bu mərhələdə sistemli yanaşma tətbiq etməli, məhkəmə qərarlarının icrasını təmin etməklə yanaşı, köçkün ailələrinin sosial müdafiəsini də paralel şəkildə həll etməlidir. Əks halda həm mülkiyyət hüququnun pozulması, həm də sosial ədalətsizlik iddiaları artacaq və bu, hüquqi sabitliyə ciddi zərbə vuracaq”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
26 avq 2025 | 10:45

Keçmiş məcburi köçkün mənzildən çıxmaq üçün ev sahibindən pul istəyir


sosial
4 sen 2023 | 13:24

Məcburi köçkün yataqxanaları bu şəxslərə verilə bilər - AÇIQLAMA


bolge
31 may 2025 | 09:37

Bir qrup keçmiş məcburi köçkün Laçının Bəylik kəndinə yola salındı - FOTOLAR


sosial
11 fev 2025 | 14:03

Kirayəşinlərin nəzərinə: Bu halda təzminat ödəyəcəksiniz!


cemiyyet
23 fev 2024 | 11:22

Vəfat etmiş keçmiş məcburi köçkünlərin məzarları Qarabağa köçürülür? – AÇIQLAMA


bolge
20 okt 2025 | 12:22

Xankəndi, Ağdərə və Xocalıda 1040 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb


sosial
19 noy 2024 | 13:08

Kirayə qalanların DİQQƏTİNƏ: Bunu etmək sizin üçün vacibdir


iqtisadiyyat
16 dek 2025 | 15:30

Diqqət! Mənzil bazarında yeni dələduzluq - ev almazdan öncə...


sosial
29 noy 2024 | 11:02

Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:24 0
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 0
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 0
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 0
Prezident gənclərin tərbiyəsindən danışdı
13:51 0
DİN-ə yeni vəzifə həvalə olundu
13:48 0
Prezident və birinci xanım Şamaxıda
12:13 0
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
12:10 0
Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə