Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Əliyev Yaxın Şərqə də "pəncərə" açır: Azərbaycan yeni qlobal faktora çevrilir

10-06-2024, 09:17 422

Əliyev Yaxın Şərqə də "pəncərə" açır: Azərbaycan yeni qlobal faktora çevrilir


Prezident İlham Əliyev Azərbaycanın geopolitik təsir imkanlarını daha geniş beynəlxalq areala yaymaq istiqamətində prinsipial addımlar atmağa başlayıb... Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra ölkəni yeni geopolitik mərhələyə keçirməyə hazırlaşır, inkişaf perspektivlərini ön plana çıxarır...
Azərbaycan beynəlxalq məkanda öz təsir gücünü artırmaqda davam edir. Cənubi Qafqazda şəriksiz lider və geopolitik iradə mərkəzi olan Azərbaycan üçün daha geniş arealda manevr imkanları qazanılması böyük əhəmiyyət daşıyır. Və rəsmi Bakı Azərbaycanın beynəlxalq məkanda əsas geopolitik oyunçuya çevrilməsi üçün çox dəqiq hesablanmış siyasi-diplomatik addımlar atmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dünyada cərəyan edən proseslərdə rolunun artdığı artıq beynəlxalq iradə mərkəzləri tərəfindən də etiraf edilməyə başlayıb. Xüsusilə də, ABŞ və Avropa Birliyi indi Azərbaycanın dünyada güclənən siyasi mövqeləri ilə hesablaşmaq məcburiyyətində qalıb. Və bunu artıq gizlətmək mümkün olmadığını da anlayırlar.

271553_tkxp76u6za.jpg (37 KB)

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, hərbi-siyasi və iqtisadi potensialı rəsmi Bakının beynəlxalq məkanda manevr imkanlarını maksimum səviyyədə artırır. Hər halda, Avropa və Asiya arasında vazkeçilməz iqtisadi-ticari və nəqliyyat-kommunikasiya marşrutu məhz Azərbaycanın nəzarəti altındadır. Bu faktor Azərbaycana həm fantastik maliyyə gəlirləri, həm də beynəlxalq məkanda geopolitik təsir potensialı qazandırır.

Xüsusilə də, Azərbaycanın Şimal-Şərq ölkələri üçün yalnız Avropaya deyil, həm də Afrikaya doğru açılan əsas "pəncərə" olması rəsmi Bakını qlobal güc mərkəzi roluna iddialı duruma gətirib. Ona görə də, rəsmi Bakının indi artıq Cənubi Qafqaz sərhədlərini aşaraq, öz təsir potensialını Yaxın Şərqə də yaymağa çalışması Azərbaycanın maraqları baxımından, böyük əhəmiyyət daşıyır. Və Yaxın Şərqdə tərəfdaşlıq üçün seçilmiş ölkələr də rəsmi Bakının Azərbaycanı qlobal oyunçuya çevirmək niyyətinin ciddi olduğunu biruzə verir.

Maraqlıdır ki, rəsmi Bakının Yaxın Şərqdə maraq göstərdiyi önəmli ölkələrin sırasına Misir də daxildir. Belə ki, Misir həmin regionda aparıcı ölkələrdən biridir. Eyni zamanda, rəsmi Qahirənin ABŞ və Fransa ilə xüsusi münasibətləri var. Ona görə də, Ermənistan ərəb dünyasında böyük nüfuza malik olan Misirlə özəl münasibətlər qurmağa can atırdı. ABŞ və Fransa isə bu məsələdə Ermənistana dolayısı dəstək verməyə çalışırdı.

Təbii ki, Ermənistanın ərəb dünyasında tərəfdaşlıq münasibətləri qurması asan məsələ deyil. Çünki Ermənistan iqtisadi-ticari anlamda cəlbedici ölkə deyil. Rəsmi İrəvan xarici ölkələrlə münasibətlərini daha çox Ermənistana yardımların alınması niyyəti üzərində qurur. Əvəzində isə qarşı tərəfə demək olar ki, heç nə təklif edə bilmir. Və müasir dünyada davamlı olaraq, başqalarının hesabına yaşamaq artıq mümkün deyil.

1717833462_17178331462940926531.jpg (183 KB)

Ona görə də, Misir üçün Cənubi Qafqazda Azərbaycanla iqtisadi-ticari tərəfdaşlıq daha cəlbedicidir. Çünki bundan hər iki tərəfin maliyyə-iqtisadi cəhətdən faydalanmaq imkanı var. Prezident İlham Əliyevin Misirə səfəri bu baxımdan, hər iki ölkənin gözləntilərinə uyğun nəticələrə yol açmış oldu. Və bir çox sahələr üzrə Azərbaycan-Misir əlaqələrinin genişləndirilməsinə təminat verən sazişlər imzalandı.

Prezident İlham Əliyev vurğulayıb ki, Misir-Azərbaycan əlaqələri inkişaf edir, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter daşıyır. Eyni zamanda Azərbaycan və Misirin mövqeləri də beynəlxalq məsələlərdə üst-üstə düşür. İki ölkə arasında beynəlxalq təşkilatlarda, o cümlədən də, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq mövcuddur.

Azərbaycan lideri Misirə səfəri çərçivəsində Cənubi Qafqazda mövcud olan yeni situasiya ilə bağlı da önəmli mesajlar verib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək istiqamətində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi artıq razılaşdırılıb: "Sülh danışıqları prosesində də irəliləyişlər üçün yaxşı imkanlar mövcuddur. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə artıq Azərbaycana geri qaytarılıb".

Prezident İlham Əliyev ötən ilin sentyabr ayında Azərbaycanın öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini də xüsusi olaraq, vurğulayıb. Azərbaycan lideri hesab edir ki, bu, Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesində önəmli amil olacaq. Və indi atəşkəsin hökm sürdüyü Cənubi Qafqazda region ölkələrinin inkişaf perspektivləri üçün münbit şərait mövcuddur.

-8f822ac8162693700788329821310975710.jpg (338 KB)

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın malik olduğu iqtisadi-ticari və nəqliyyat-kommunikasiya imkanlarına da xüsusi diqqət yönəldib. Azərbaycan lideri vurğulayıb ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri məhz ölkəmizin ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox geniş imkanlar mövcuddur.

Təbii ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz və Azərbaycan haqqında gündəmə gətirdiyi faktorlar yalnız Avropa və Asiya ölkələri deyil, həm də Yaxın Şərq dövlətləri üçün də cəlbedicidir. Çünki həm Misir, həm də digər Yaxın Şərq ölkələri Azərbaycan üzərindən keçən marşrutlar sayəsində Asiya və Rusiya məkanına çıxmaq şansı qazana bilərlər. Yəni, Azərbaycan Yaxın Şərq ölkələri üçün Asiya qitəsinə açılan ən önəmli iqtisadi-ticari "pəncərə" rolunu oynaya bilər. Və bu istiqamətdə kifayət qədər ciddi problemlərlə üzləşən Yaxın Şərq ölkələri üçün Azərbaycanın açdığı "pəncərə" indi daha böyük əhəmiyyət daşıyır.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanın geopolitik təsir imkanlarını daha geniş beynəlxalq areala yaymaq istiqamətində önəmli addımlar atmağa başlayıb. Bütün bunlar onu göstərir ki, rəsmi Bakı Azərbaycanın potensialını tam dəqiqliyi ilə dəyərlındirir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra ölkəni yeni geopolitik mərhələyə keçirməyə hazırlaşır. Və bu, Azərbaycanın qarşısında geniş inkişaf perspektivləri olduğunu göstərir.(musavat.com)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
9 okt 2023 | 10:00

Əliyev Qafqaz planını anons etdi: Bakı regionu yenidən dizayn edir


siyaset
10 may 2024 | 09:56

Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur


siyaset
30 apr 2024 | 09:00

“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü


siyaset
17 fev 2024 | 09:58

Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: İrəvan tezliklə yalvaracaq


siyaset
27 okt 2023 | 09:17

Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq


siyaset
6 iyn 2024 | 09:17

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir


siyaset
18 mar 2024 | 10:00

NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır


siyaset
9 dek 2023 | 09:09

Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür


siyaset
14 mar 2024 | 09:40

ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır


siyaset
12 okt 2023 | 09:00

Kremlin Qarabağ mesajı Ermənistanı qarışdırdı: İrəvana “sən daha qarışma” deyir


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə