Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə... ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı? Prezident Hakan Fidanı qəbul etdi - Foto Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...

18-03-2024, 18:30 447

Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...


Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə martın 16-da mətbuata bəyanatla çıxış edərkən iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından və ortaq layihələrdən danışarkən ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etməsini xüsusi vurğuladı: “Bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz”.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu mövzuya qısa şəkildə toxundu: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”. Buna baxmayaraq, Gürcüstanın baş naziri “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik edirəm” ifadəsini işlətmədi. Halbuki, Qazazxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə İlham Əliyevi təbrik etmişdi.
Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi halda, Gürcüstan bunu edə bilməyib. Deməli, hazırki şərtlər daxilində ərazi bütövlüyü məsələsində dəstək daha çox Gürcüstan hakimiyyətinə lazımdır. Tbilisini yaxın müddətdə ağır günlər gözləyə bilər. Məsələ burasındadır ki, Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar. Bu məqsədlə Cənubi Osetiyada “referendum” keçirilməsi də planlaşdırılır.
Kremlin necə qərar verəcəyi bəlli deyil. Ukraynada işğalçı müharibə aparan Rusiya Gürcüstan istiqamətində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər olmasa da, Kremllə Tbilisi arasında gərginlik yoxdur, qeyri-rəsmi təmasları var, idxal-ixrac əməliyyatları həyata keçirilir. Yəni Gürcüstan hakimiyyəti hələ ki, Kremli ciddi narahat etmir. Ancaq Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə daha çox yaxınlaşarsa, Kremlin siyasəti dəyişəcək. Hadisələrin bu istiqamətdə inkişafı halında Kremlin Cənubi Osetiyanın və Abxaziyanın Rusiyanın tərkibinə qatması qərarı istisna deyil. Belə olan halda Tbilisinin bir çox dövlətin, o cümlədən Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatına ehtiyacı yaranacaq.

Azər Fikrətoğlu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
31 yan 2024 | 18:30

Gürcüstan vasitəçilik üçün optimal variantdır? - Görünəni odur ki...


siyaset
30 yan 2024 | 18:30

AŞPA-dakı dostlarımız HARDA ÖLMÜŞDÜ Kİ... - HƏQİQƏTƏN DƏ...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
18:34 0
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
18:30 0
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
17:22 0
Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
17:00 0
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
16:39 0
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
12:46 0
Prezident Hakan Fidanı qəbul etdi - Foto
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə