Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir Dünya bazarında neft ucuzlaşdı Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycan Qranada görüşündən imtina edib - SƏBƏBLƏR

4-10-2023, 14:03 317

Azərbaycan Qranada görüşündən imtina edib - SƏBƏBLƏR


Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.

Azərbaycanın görüşdən imtina etməsinin səbəbləri açıqlanıb.

Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.

Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.

Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.

Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.

Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.

Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
4 okt 2023 | 11:02

Azərbaycan və Ermənistan liderlərinin 5 oktyabr görüşü tam dəqiqləşməyib - Avropalı diplomat


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:00 0
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 0
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 0
“Bitcoin”in yenidən bahalaşdı
10:11 0
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
09:50 0
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
09:44 0
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
09:32 0
Dünya bazarında neft ucuzlaşdı
09:21 0
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə