Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Nəriman Həsənzadə vəfat etdi

1-08-2026, 09:38 16

Nəriman Həsənzadə vəfat etdi


Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nəriman Həsənzadə iyunun 26-da səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu qəsəbəsində anadan olub. 1949–1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitib və orada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub.

Nəriman Həsənzadə 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, "Azərbaycan–Ukrayna ədəbi əlaqələri" (1941-1945) mövzusunda namizdəlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

O, müxtəlif illərdə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Televiziya və Radio Verilişləri Komitəsində bir sıra vəzifələrdə çalışıb. 1976–1990-cı illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub. Eyni zamanda bir neçə il SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinə rəhbərlik edib. 1990–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub, 1991–2001-ci illərdə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində işləyib. 2004-cü ildən Ədəbiyyat Fondu İdarə heyətinin sədri kimi fəaliyyət göstərib. Xalq şairi uzun müddət Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.

Gənc yaşlarından ədəbi yaradıcılığa başlayan Nəriman Həsənzadənin 1960–1970-ci illərdə nəşr olunan "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Nabat xalanın çörəyi", "Mənim gecəm-gündüzüm", "Sən bağışladın" və s. kitabları ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.

Sosial-siyasi, tarixi və milli ictimai təfəkkürü narahat edən problemlər müəllifin yaradıcılığında xüsusi yer tutur. "Bir az möhlət istəyirəm ömürdən", "Fikir eləmə", "Kimin sualı var?", "Seçilmiş əsərləri", "Mənim nikahımı pozdu təbiət", "Bütün millətlərə", "Taleyin töhfəsi", "Nuru paşa", "Gəlimli-gedimli dünya" və s. kitablarında yer alan, ideya-bədii məziyyətləri ilə seçilən, vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan şeir, poema və mənzum dramları ədəbiyyat salnaməmizi zənginləşdirib. Ədibin əsərləri ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat, rus və s. dillərə tərcümə olunub.

Nəriman Həsənzadənin əsərləri əsasında hazırlanan "Bütün Şərq bilsin", "Atabəylər", "Pompeyin Qafqaza yürüşü", "Nabat xalanın çörəyi" və digər tamaşalar sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şairin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, "Əməkdar incəsənət xadimi" (1981), "Xalq şairi" (2005) fəxri adlarına, "Şöhrət" (2001), "Şərəf" (2011), "İstiqlal" (2021), "Heydər Əliyev" (2026) ordenlərinə və Heydər Əliyev Mükafatına (2017) layiq görülüb. Söz sənətkarı 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
24 okt 2025 | 09:51

Nəriman Qurbanov vəfat etdi


hadise
1 iyl 2026 | 14:03

Sabiq rektor VƏFAT ETDİ


gundem / siyaset
30 mar 2026 | 14:27

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb


idman
21 may 2026 | 09:38

Nəriman qol ötürməsi etdi, komandası yarımfinala yüksəldi


idman
21 noy 2025 | 11:48

Nəriman "Qarabağ"ı tərk etməyə qərar verib


medeniyyet
1 avq 2025 | 10:39

Xalq artisti Arif Babayev dünyasını dəyişdi


siyaset
14 iyl 2024 | 10:35

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55-ci ildönümüdür


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı
10:11 1
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
09:50 1
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
09:44 0
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə