Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30-03-2026, 14:27 55

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb


Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Mətndə deyilir:

"Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat edib.

Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərib.

Rasim Balayev 1972-ci ildən etibarən "Azərbaycanfilm" kinostudiyasının aktyoru olub, eyni zamanda 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı idarə heyətinin birinci katibi vəzifəsini tutmuş, 2022-ci ildə isə İttifaqın sədri seçilib.

"Azərbaycanfilm" kinostudiyasına gəldiyi ilk vaxtlardan istedadlı aktyor kimi tanınan Rasim Balayev özünəməxsus ifa tərzi və yüksək səhnə mədəniyyəti sayəsində qısa müddət ərzində kino həvəskarlarının qəlbinə yol tapıb. Onun ekran həyatı verdiyi, böyük təsir gücünə malik yaddaqalan obrazlar geniş tamaşaçı kütləsi tərəfindən hər zaman rəğbətlə qarşılanıb.

Azərbaycan kino sənətinin parlaq ənənələrindən ustalıqla faydalanan sənətkar olaraq Rasim Balayevin keçdiyi yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələ təşkil edir. Onun baş rollarda çəkildiyi filmlər Azərbaycan kinosunun qızıl fonduna daxildir. Sənətkarın obrazın mənəvi aləminə dərindən nüfuz etməklə canlandırdığı rəngarəng surətlər kino salnaməmizin unudulmaz səhifələrindəndir. Fitri istedadla yaradılan bu bənzərsiz xarakterlər daim özünəməxsusluğu ilə seçilmiş və diqqət mərkəzində dayanıb.

Ustad sənətkar qəhrəmanlıq dolu tarixi keçmişimizin və eləcə də müasirlərimizin obrazlarına ekran həyatı verərkən dövrün mənzərəsini yaratmağa müvəffəq olub. Xalqımızın milli-mənəvi sərvətlərinin təbliğində və yetişməkdə olan gənc nəslin vətənə sədaqət ruhunda tərbiyə olunmasında Rasim Balayevin oynadığı bütün bu rollar mühüm əhəmiyyət kəsb edir. Sənətkarın ifasında əfsanəvi Babək və Nəsimi obrazları Azərbaycan kinematoqrafiyasının xüsusilə böyük uğurlarından hesab edilir.

Rasim Balayev Azərbaycanın hüdudlarından kənarda da ekranlaşdırılmış filmlərdə yaddaqalan obrazlar yaradaraq bir daha özünün sənətkarlıq məharətini nümayiş etdirib.

Cəmiyyət həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Rasim Balayev həmçinin ictimai xadim kimi tanınırdı. O, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Rasim Balayevin milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Görkəmli sənətkar, qayğıkeş və təvazökar insan Rasim Balayevin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

Anar Rzayev

Hacı İsmayılov

Şəfiqə Məmmədova

Oqtay Mirqasımov

Fəxrəddin Manafov

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

medeniyyet
30 mar 2026 | 10:00

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib


medeniyyet
30 mar 2026 | 12:04

"Əlvida, Nəsimi… Əlvida, Babək…"


siyaset
1 avq 2025 | 14:00

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb


medeniyyet
30 mar 2026 | 12:22

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər


hadise
8 okt 2024 | 12:01

Rasim Məmmədov haqda son qərar verildi


medeniyyet
1 avq 2025 | 10:46

Mədəniyyət Nazirliyi Arif Babayevin vəfatı ilə bağlı NEKROLOQ YAYDI - FOTO


medeniyyet
14 yan 2025 | 12:55

Hökumə Əliyevanın həyatı film olur


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə