
Pakistanın törədilən terror aktı nəticəsində azı 31 nəfər həlak olub.
Bu barədə "AFP" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 16 polis əməkdaşı da var. Hadisə nəticəsində 100-dən çox insan yaralanıb.
Xatırladaq ki, terrorçu-kamikadze Xayber-Paxtunxva əyalətində yerləşən "Police Lines" kompleksinin ərazisindəki məscidin yaxınlığında özünü partladıb. Hücumdan sonra atışma baş verib və hüquq-mühafizə orqanları altı silahlını zərərsizləşdirib.
