Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir Dünya bazarında neft ucuzlaşdı Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - Fotolar

18-07-2025, 14:23 80

Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - Fotolar


Prezident İlham Əliyev bu gün Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.

Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib.

Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.

Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FotolarAğdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
6 iyl 2024 | 10:26

Prezidentin diqqətini çəkən o detal - Foto


siyaset
20 noy 2024 | 09:11

Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir


bolge
7 noy 2024 | 10:28

Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:00 0
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 0
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 0
“Bitcoin”in yenidən bahalaşdı
10:11 0
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
09:50 0
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
09:44 0
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
09:32 0
Dünya bazarında neft ucuzlaşdı
09:21 0
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə