Fim.az » iqtisadiyyat » Neftdən sonra gümüş də kəskin bahalaşdı
Neftdən sonra gümüş də kəskin bahalaşdı

Neftdən sonra gümüş də kəskin bahalaşdı

Neftdən sonra gümüş də kəskin bahalaşdı


Comex birjasında may ayında tədarük edilməli olan gümüşün fyuçers qiyməti martın 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 75 dolları ötüb.

"Bu barədə TASS ticarət platformasının məlumatlarına istinadla yazıb.

Bakı vaxtı ilə saat 20:41-ə olan məlumata görə, gümüşün qiyməti 75,125 dollara (+6,46%) qədər yüksəlib. Saat 20:46 radələrində fyuçers artım tempini azaldaraq bir unsiya üçün 74,84 dollar (+6,05%) səviyyəsində qərarlaşıb. Eyni zamanda, iyun ayında tədarük edilməli olan qızılın fyuçers qiyməti bir troya unsiyası üçün 4 670,7 dollar (+2,48%) təşkil edib.