Fim.az » iqtisadiyyat » Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb
Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 83,5 milyard ABŞ dollarına çatıb


2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6 % artaraq 83,5 milyard ABŞ dollarına çatıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

"Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur", - deyə baş nazir qeyd edib.