“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər?

20-08-2026, 18:30 2

Umbakıdakı dustaqlar Strasburqda nəyə ümid edirlər?


Xəbər verdiyimiz kimi, hazırda Umbakıdakı həbsxanada saxlanılan separatçı qurumun qondarma liderlərindən biri, “xarici işlər naziri” olmuş David Babayan audio-müraciətə yayaraq Bakıdakı məhkəmə prosesini “teatr”, hökmü isə əvvəlcədən hazırlanmış “ssenari” kimi təqdim edib. Bu ritorikanın arxasında isə yalnız daxili auditoriyaya hesablanmış siyasi mesaj deyil, məsələnin beynəlxalq hüquqi müstəviyə çıxarılması cəhdi görünür. Həm də təkcə Babayan deyil, barələrində hökm çıxarılmış digər hərbi canilər də fəallaşıblar.
Bəs Ermənistan və məhkum edilmiş şəxslər niyə Avropa İnsan Hüquqları Məhkəməsinə ümid edirlər?
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqların pozulması barədə fərdi şikayətlərə baxır. Lakin bu, milli məhkəmənin hökmünü avtomatik olaraq ləğv edən və ya təqsirləndirilən şəxsin günahsızlığı barədə yeni məhkəmə instansiyası funksiyasını yerinə yetirən qurum deyil. AİHM-in əsas vəzifəsi Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqların pozulub-pozulmadığını müəyyənləşdirməkdir.
Deməli, AİHM qarşısında sadəcə “mən günahsızam” demək kifayət etməyəcək. Müdafiə tərəfi konkret olaraq Konvensiyanın hansı hüququnun, hansı hərəkət və ya qərarla, hansı formada pozulduğunu əsaslandırmalı olacaq.
AİHM-in özünün də vurğuladığı kimi, Konvensiya sistemi milli məhkəmələrin alternativi deyil. Məhkəmənin qarşısına çıxarılan şikayətin qəbul edilə bilməsi üçün müəyyən prosessual tələblər də mövcuddur. Bakıdakı məhkəmədə məğlub olan müdafiə xətti erməni lobbisi vasitəsilə indi Strasburqa yönələ bilər. Yeri gəlmişkən, Ruben Vardanyanın İrəvandakı vəkili AİHM-ə şikayət göndərib.
Onların Avropa Məhkəməsinə müraciəti nə ilə nəticələnə bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a bildirdiyinə görə, Avropa Məhkəməsinin qərarları Azərbaycan tərəfindən icra olunmur: “Məlumdur ki, Avropa Şurasının Parlament Assembeleyası nümayəndə heyətimizin səsvermə hüququnu əlindən alıb. Azərbaycan bu qadağaya adekvat olaraq Avropa Məhkəməsinin çıxardığı qərarları yerinə yetirmir. İlk növbədə elə bu yanaşma göstərir ki, həbsdə olan erməni cinayətkarlar haqda hansı qərar qəbul olunsa belə icra edilməyəcək. İkincisi, Azərbaycan öz sübutlarını təqdim edəcək və kifayət qədər əsaslandırılmış, tədqiq edilmiş faktlar var. Bu cinayətkarların törətdiyi əməllərlə bağlı konkret dəlillər, şahid ifadələri var. Məsələn, Araik Gəncənin bombalanması əmrini verdiyi özü video çıxışında açıqlayıb. Avropa Məhkəməsi belə bir qatilə görə hansı qərarı qəbul etmək fikrindədir? Yaxud Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn, sülhməramlıların hesabına sərhədi qanunsuz keçib ərazilərimizdə separatçı rejimdə mövqe tutan, dövlətə qarşı fəaliyyəti maliyyələşdirən, mülki erməni əhalisini silahlanmağa çağıran, dövlət rəhbərliyini təhdid edən Vardanyan barəsində Avropa Məhkəməsinin fikri nədir? Əgər doğurdan da bu institut terrorçulara qahmar çıxmaq istəyirsə, vaxtilə Rusiyanın dəstəklədiyi xunta rejiminin həbsdəki fiqurlarını müdafiə etmək niyyətindədirsə, o zaman Avropa Məhkəməsi öz nüfuzuna, Qərb dəyərlərinə, beynəlxalq qanunlara və konvensiyalara tüpürmüş olacaq”.
Çingiz Qənizadə hesab edir ki, Avropa Məhkəməsinin erməni canilərin xeyrinə çıxaracağı qərar hüquqi deyil, siyasi məna daşıyacaq: “Çünki bu şəxslərin vəkilləri onların əməllərini heç bir halda əsaslandıra, günahsız olduqlarını isbat edə bilməzlər. Avropa ölkələrində xunta rejimi qurulmasına özləri necə reaksiya verərdi? Məsələn, Fransa və ya Almaniyanın bir hissəsində qanunsuz ordu saxlanılsın, mərkəzə tabe olmasın, dinc əhalini etnik təmizləməyə məruz qoysun, onlar necə davranardı? Odur ki, Avropa Məhkəməsi bu məsələdə dəyərlərə və konvensiyalara hörmət qoymalıdır. Əks təqdirdə, bunu ölkəmizə qarşı bir siyasi akt kimi qiymətləndirməli olacağıq. Çünki onlara verilən cəza havadan oxunmayıb. Uzun müddət davam edən məhkəmə proseslərində faktlar ortaya qoyulub və sübuta yetirilib”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
5 fev 2026 | 18:22

Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB


hadise
6 avq 2026 | 15:33

Arayikgilin apellyasiya şikayəti üzrə qərar verildi


hadise
4 noy 2025 | 12:10

Bakıdakı “Nürenberq prosesi” yeni ilədək bitəcək?


hadise
28 sen 2023 | 13:35

David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim oldu - FOTO


siyaset
14 mar 2025 | 12:53

Vardanyan işi üzrə tarixi qərarın məzmunu - Açıqlandı


sosial
12 yan 2026 | 14:23

Ev sahibinə kirayə pulu ödəyəcəklər – Keçmiş məcburi köçkünlərlə bağlı QƏRAR VERİLDİ


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə