Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycanda idman zalında ölən məşhurlar - Siyahı

30-09-2025, 12:00 104

Azərbaycanda idman zalında ölən məşhurlar - Siyahı


Xəbər verdiyimiz kimi, bu gün əməkdar artist Cabir İmanov paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək dünyasını dəyişib.

Qeyd edək ki, son illər idman zallarında tez-tez bu cür ölüm hadisələrinə rast gəlinir. Hətta bəzən peşəkar məşqçilər də məşq zamanı dünyasını dəyişirlər.

Azərbaycanda idman zallarında baş verən ölüm hadisələri ilə bağlı məlumatları təqdim edir:

2016-cı il, 3 fevral - "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Cem Becelin Bakıdakı ticarət mərkəzlərindən birində yerləşən idman zalında məşq edərkən vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi infarkt olaraq göstərilib.

2020-ci il, 5 yanvar - Bakıda 27 yaşlı fitnes müəllimi İnam Bayramov məşq zamanı qəfil yerə yıxılıb və ürəktutmadan həyatını itirib.

2021-ci il, 22 oktyabr - Səbail rayonu ərazisində yerləşən idman zalında 1991-ci il təvəllüdlü fitnes məşqçisi Teymur Məmmədrzayev vəfat edib. Zal sahibi Ceyhun Vəliyev bildirib ki, mərhum anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkib və ekspertiza rəyinə görə məşq zamanı epilepsiya tutması baş verib.

2023-cü il, 9 may - "Qarabağ" futbol klubunun oyunçusu Şirxan Həsənzadə məşq zamanı ürəyi dayanaraq vəfat edib.

2023-cü il, 10 mart - Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Vurğun Rezidens" idman zalında 1983-cü il təvəllüdlü Həsən Quliyevin məşq zamanı qəfil halı pisləşib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər Həsən Quliyev keçinib.

Mövzu ilə bağlı kardioloq-həkim Azər Mustafayev açıqlamasında idmanın ürəyə yüklənmə verdiyini və tarixən ağır atletika, fitneslə məşğul olan professional idmançıların çoxunun 50 yaşda ürək problemindən öldüyünü bildirib:

"Uzun müddət ağır idman növləri ilə məşğul olduqda ürək normadan çox yüklənir və bu onu belə deyək az da olsaş zədələyir. Adi insanlar isə illərlə idman etməyən , buna öyrəşməyən bədəni idmanla formaya salmaq, arıqıamaq üçün idmana gedəndə, ürək bu yükə alışa bilmir.

Ona görə də 40 yaşdan sonra idmana başlayan insan hər il mütəmadi stress test müayinəsindən keçməlidir".

Mütəxəssis hesab edir ki, Cabir İmanovun qəfil ölümünün səbəbi aterosklerotik düyünün dağılması, yaxud da idmançılarda çox rast gəlinən ürək zədələnməsi nəticəsində geniş miokard infarktı və ya ciddi aritmiya olub:

"Yarışlara çıxan professional idmançılara gəlincə, onlar müəyyən preparatlar, qida əlavələri qəbul edirlər ki, bu da da müəyyən qədər mənfi təsir edir. Cabir İmanov professional idmanla məşğul olurdusa, o, kişilər üçün təhlükəli yaş dövrünə keçdiyi üçün risk altında idi.

İstənilən idman növünə gedən insan mütləq həkim müayinəsindən, stress testindən keçməlidir ki, onda nəsə olub -olmadığı bilinsin.

Adi insanlar sağlamlıq üçün fiziki aktivliklə məşğul olsalar, yaxşıdır. İdman ayrıdır, fiziki aktivlik ayrı. İdmanda ürək süni şəkldə yüklənir. Əgər Cabir İmanov 3-5 ay əvvəl stress testdən keçsəydi, onun ürəyinin hansı yükə tab gətirə bilib-bilməyəciyini təxmin etmək olardı. Həkim problem görəndə xəstə məlumatlandırılır və fiziki aktivlik qalmaq şərtilə idmanı saxlaya bilər".

Azər Mustafayev bildirdi ki, 40-50 yaşlı insanı geniş miokard infarktıdan xilas etmək daha çətindir, nəinki yaşlı insanları. Çünki yaşlı insanlarda qoruyucu alternativ damar şəbəkəsi olur. Yaşlı insanlar sakit vəziyyətdə infarkt olur, ştanq qaldırmır, ağırlıq qaldırmır, qaçmır, cavan adam isə kəskin, ağır yükləmə altında olanda ürək əzələsi daha çox zədələnir". (bakupost.az)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

medeniyyet
29 sen 2025 | 17:42

Cabir İmanov vəfat etdi


idman
12 mar 2025 | 12:00

Ramazanda necə idman etmək lazımdır?


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə