İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika...

30-04-2025, 16:56 100

Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika...


"Yeni Klinika"da hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalara bağı redaksiyamıza mraciət daxi oub.

Müraciəti olduğu kimi təqdim edirik:

"Bildirirəm ki, "Yeni Klinika"nın yeni rəhbərliyi təyin olunduqdan sonra müəssisədə ciddi idarəetmə problemləri yaranmış və bu, həm işçi heyətinə, həm də xəstələrə mənfi təsir göstərmişdir. Aşağıda sadalanan hallar müəssisədə hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalar haqqında məlumat vermək məqsədi daşıyır.

Peşəkar olmayan kadr siyasəti və pasiyentlərə qarşı kobud münasibət
Yeni baş həkim tərəfindən qeyri-peşəkar kadr heyəti formalaşdırılmışdır. Bu səbəbdən xəstələr həkimlərin davranışı və müalicə prosesindəki ciddi nöqsanlardan şikayətlənirlər. Xəstələrin bildirdiyinə görə, bəzi həkimlər onlarla kobud rəftar edir və düzgün müalicə təyin etmir. Əməliyyatdan sonra isə bəzi həkimlər xəstələrdən müxtəlif bəhanələrlə əlavə ödəniş tələb edirlər.

Əməkhaqqı gecikmələri və işçilərin hüquqlarının pozulması
Klinikanın əməkdaşları əməkhaqqı ödənişlərini vaxtında ala bilmirlər. Məsələn, fevral ayının əməkhaqqısı 5 mart tarixində ödənilməli olduğu halda, yalnız 13 mart tarixində verilmişdir. Əməkhaqqının gecikdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir izahat və əvvəlcədən xəbərdarlıq olunmamışdır. Maliyyə şöbəsinin rəhbəri həmin dövrdə əməkdaşlarla əlaqədən qaçmış, suallara cavab verməmişdir. Həmin vəziyyət mütəmadi olaraq davam edir.

Klinikada qeyri-ciddi idarəetmə yanaşması
Baş həkim işçi heyətinin problemləri ilə maraqlanmaq əvəzinə, klinikanın ehtiyaclarına uyğun olmayan tədbirlərin təşkili ilə məşğuldur. O, lazımsız tədbirlər təşkil etməyi prioritet hesab edir və bu tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Hətta rəhbərliyə klinikada kino festivalı keçirilməsi təklif olunsa, bunun da dəstəklənəcəyini düşünmək olar.

Həmkarlar İttifaqının qeyri-şəffaf fəaliyyəti
Klinikanın Həmkarlar İttifaqının sədri işçilərə məxsus sanatoriya və istirahət putyovkalarını yalnız öz yaxınlarına paylayır. 24 dekabr tarixində keçirilmiş Yeni İl tədbiri üçün klinikanın 400-ə yaxın əməkdaşından hər birindən 100 AZN məcburi şəkildə toplanmış, lakin tədbirdə təqdim olunan yemək və xidmətlərin dəyəri toplanmış məbləğə uyğun olmamışdır. Bununla yanaşı, tədbiri təşkil edən şöbə əməkdaşları və rəhbər şəxslər klinikanın vəsaiti hesabına orada ödənişsiz iştirak etmişlər. Bu hal onların xoşuna gəlmiş və mart ayında Novruz Bayramının keçirilməsi üçün hər işçidən vəsait yığmaq planları olmasına baxmayaraq, işçilərin narazılığı və 12 gün qeyri-uş günləri olduğu üçün bu planı həyata keçirə bilməmişdilər.

Şübhəli maliyyə əməliyyatları və vəzifədən sui-istifadə halları
• Daha əvvəl "EGE Hospital"da fəaliyyət göstərmiş bir qeyri-peşəkar şəxs klinikamızda Təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və qısa müddət ərzində özünə bahalı avtomobil almış və öz ad gününü şəhərin bahalı restoranlarından birində keçirmişdir. • Satınalma şöbəsinin müdiri də yeni baş həkimin təyinindən sonra bahalı avtomobil əldə etmişdir. • SƏTTƏM şöbəsinin müdiri isə iş qrafikinə əməl etmir, işə yalnız bir-iki saatlıq gəlir və gedir. Lakin buna baxmayaraq, rəhbərlik tərəfindən heç bir nəzarət və tədbir görülmür.

Klinikada təhlükəsizlik və psixoloji təzyiqlər
Baş həkim klinika ərazisində yalnız mühafizəçilərin müşayiəti ilə hərəkət edir ki, bu da müəssisədə qeyri-sağlam və qorxu atmosferi yaradır. Eyni zamanda, aldığımız məlumatlara əsasən, bəzi işçilər məlum olmayan şərtlər əsasında işə qəbul edilirlər.

Nəzarətsizlik və sistemsizlik
TƏBİB tərəfindən yuxarıda qeyd edilən və digər məlum olmayan hallar üzərində heç bir nəzarət aparılmır. Klinika daxilində baş verən neqativ və qanunsuz halların qarşısının alınması üçün heç bir tədbir görülmür. Bildiyimizə görə, klinikada başqa qanunsuz hallar da mövcuddur, lakin onları tam şəkildə açıqlamaq mümkün olmur. Xahiş edirik ki, bu müraciət aidiyyəti qurumlara çatdırılsın və məsələyə operativ şəkildə müdaxilə edilsin. Qanunsuzluqlara qarşı ciddi tədbirlər görülməli və bu cür hallara son qoyulmalıdır. Bu yaxınlarda Respublikanın digər bir Endokrinologiya Mərkəzində iki həkimə cinayət işi açılıb. Niyə bəs Yeni Klinikada baş verən qanunsuzluqlara nə hüquq-mühafizə orqanları, nə Əmək Müfəttişliyi, nədə ki TƏBİB-in rəhbərliyi maraqlanmır? "

/paytaxt.org

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sehiyye
24 yan 2025 | 13:59

Səhiyyə Nazirliyinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşib


gundem / cemiyyet / sehiyye
9 iyl 2024 | 16:03

4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub – Klinika məmurun çıxdı…


gundem / sehiyye
1 apr 2025 | 15:47

Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...


gundem / arasdirma / cemiyyet
17 mar 2025 | 17:03

“Qarabağa sertifikatı olmayan həkimləri göndərirlər” – Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazırlar...


gundem / sehiyye
30 mar 2025 | 13:35

“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı -“Səhiyyə makleri”


cemiyyet
19 sen 2024 | 14:36

Klinika həkimlərinə xəbərdarlıq: Bunu edənlər barəsində tədbir görüləcək - RƏSMİ


siyaset
7 fev 2025 | 16:40

Qarabağ Universitetinin Klinikası yaradılıb


siyaset
3 fev 2025 | 16:38

Həkimlərə və klinikalara qadağa qoyulsun – Milli Məclis


gundem / cemiyyet
17 mar 2025 | 17:23

Texniki Universiteti bitirən Nigar Rüfət necə həkim olub?


gundem / cemiyyet
28 apr 2025 | 14:16

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?


cemiyyet
15 yan 2025 | 14:03

İcra başçılarına ŞOK QADAĞA qoyuldu


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə