“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?

28-04-2025, 14:16 144

Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?


Ölkənin Gömrük sistemində qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı sürətli artmaqdadır və bu, ölkə iqtisadiyyatına, dövlət büdcəsinə və qanuni fəaliyyət göstərən sahibkarlara ciddi ziyan vurur. Əslində uzun illərdir ölkə mətbuatında bu barədə yazılır, sahibkarlar belə şirkətlərlə mübarizə aparımağın vacibliyini bildirir. Amma müsbət nəticə əvəzinə, belələrinin sayı artır.

Qeyd olunur ki, sosial sığorta ödəmələri etməyən, vergidən yayınan bu cür şirkətlər, xüsusilə məmurların yaxın adamları vasitəsilə idarə olunurlar. Bu şirkətlər ölkəyə müxtəlif adlarla idxal olunan məhsullarla məşğul olur, lakin heç bir rəsmi işçi saxlamır, anbarları yoxdur və qeyri-qanuni yollarla bazara çıxardıqları məhsulları sataraq, həm dövlətin, həm də istehlakçıların hüquqlarını pozurlar.

Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi qaydası

Artıq bu vəziyyətin ciddi şəkildə həll edilməsi lazımdır, çünki belə şirkətlər yalnız vergi ödəməməklə, ölkə büdcəsinə ciddi ziyan vurmaqla yanaşı, qanuni fəaliyyət göstərən sahibkarların inkişafına mane olur və bazarda sağlam rəqabət şəraitinin yaranmasına əngəl törədirlər.

Lakin maraqlı bir məqam budur ki, bu cür qanunsuz fəaliyyətlərə qarşı mübarizə aparmaqda Dövlət Gömrük Komitəsi və digər müvafiq qurumların səyləri hələ də nəticəsiz qalır. Nədir bunun səbəbi? Aparılan mübarizə niyə nəticə vermir və ya doğurdanmı, belə mübarizə aparılır?

Sahibkarlar bildirirlər ki, bu kimi çoxsaylı qanunsuz şirkətlərə nəzarət edən bəzi məmurlar gömrükdə “yaşıl işıq” yandırır və onlara əlavə imtiyazlar tanıyır. Ən əsası, belə şirkətlərin fəaliyyətinə nəzarət etməli olan İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov da illərdir bu sahədə ciddi irəliləyişə nail ola bilmir.

Bəs, məlum vəziyyətin qarşısını necə almaq olar? Qanunsuz şirkətlərin fəaliyyəti ilə mübarizə aparmaq üçün hansı üsulları tətbiq etmək lazımdır ki, həm bürokratik əngəllər yaranmasın, həm də mübarizə daha effektiv olsun?

Uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu sahədə rəqabət və şəffavlıq görmək istəyən sahibkarlar bildirir ki, bu cür şirkətlər bazarda haqsız rəqabət yaradırlar. Onlar vergi ödəməyən, işçi saxlamayan və əlavə xərcləri çıxmayan qanunsuz şirkətlər tərəfindən bazara salınan ucuz, amma keyfiyyətsiz məhsullar ilə mübarizə aparmaqda çətinlik çəkirlər. Nəticədə sağlam iqtisadi mühitin pozulmasına və sahibkarların qorunmasız vəziyyətə düşməsinə səbəb olur. Bütün bu problemlər, həmçinin, ölkədə monopoliya yaradılmasına da təkan verir. Çünki bu cür şirkətlər zaman-zaman böyük oyuncuya çevrilir və bazarda digər oyunçuları məqsədli sıxışdırırlar.

Daha bir incə məqam isə Dövlət Gömrük Komitəsi və İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin bu kimi şirkətlərlə apardığı mübarizənin görünməməsidir. Məlumatlarında mübarizə apardıqlarını deyən qurumların fəaliyyətini nədənsə hələ də nəticəsiz qalır. Görülən tədbirlərin effektiv olmadığı müşahidə olunur.

Hətta sahibkarlar bildirirlər ki, bu şirkətlərə "yaşıl işıq" yandıran məmurlar, gömrük prosedurlarını sürətləndirərək onlara əlavə imtiyazlar təqdim edirlər. Həmçinin, bəzi hallarda şirkətlərin qeyri-qanuni fəaliyyətləri qeydə alınsa da, ciddi cəza tədbirləri görülmür.

"Bu cür vəziyyətin yaranmasının bir çox səbəbi var, amma ən mühüm məsələ odur ki, dövlət orqanlarının fəaliyyəti daha şəffaf və effektiv olmalıdır. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və digər müvafiq qurumlar qanunsuz şirkətlərin fəaliyyətini nəzarət altına almalı, onları ya qanuni fəaliyyətə məcbur etməli, ya da onların fəaliyyətini dayandırmalıdır. Ancaq bu, yalnız bürokratik əngəllər yaratmaqla mümkün olmamalıdır. Daha güclü və sistemli mübarizə aparmaq üçün müasir həll yollarına ehtiyac vardır" deyə sahibkarlar bildirir.

Xidmətə yeni qəbul olunan əməkdaşlar üçün Bakı Baş Gömrük İdarəsində təcrübə proqramı yekunlaşıb - AZƏRTAC

Belə şirkətlərin qanunsuz fəaliyyətindən cana doyan sahibkarlar dövlət qurumlarına effektiv mübarizə üsulu da təqdim edirlər. Onlar hesab edir ki, qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə aparmaq üçün daha ciddi və çoxşaxəli tədbirlər görülməsi vacibdir.

Məsələn, qanunsuz şirkətlərin fəaliyyətini izləmək üçün müasir texnologiyalardan istifadə edilməsi vacibdir. Gömrük və İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, bütün idxal və satış əməliyyatlarını real vaxt rejimində izləyə bilən sistemlər yaratmalıdır. Bu sistemlər, Gömrük bəyannamələri, satış qiymətləri və məhsulun mənşəyi barədə məlumatların elektron şəkildə toplamalı və təhlil etməlidir.

Həmçinin idxal edilən məhsulların qeyri-qanuni yollarla bazara çıxarılmasının qarşısını almaq üçün risk qiymətləndirmələri aparılmalı, qanuni və qeyri-qanuni əməliyyatların şəffaf şəkildə izlənməsi, həm dövlət orqanlarına, həm də ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. Vergi ödəmələri və digər sosial ödənişlər mütəmadi olaraq yoxlanmalı, hər hansı bir anomaliya müşahidə edildikdə dərhal araşdırma başlatılmalıdır. Qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı tətbiq edilən cəzalar daha sərt və çoxmərhələli olmalıdır.

Amma təssüflər olsun ki, uzun illərdir belə qanunsuz şirkətlərin fəaliyyəti davam edir, onların məlum fəaliyyətinə kökündən son qoyulması mümkünsüzə çevirilib.

Bizimxeber.org

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / cemiyyet
15 iyl 2024 | 17:38

Qanunsuz şirkətlərə indi hansı məmurlar nəzarət edir? - Köhnə bazarda, köhnə metod...


gundem / bolge
30 okt 2024 | 13:26

Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...


cemiyyet
13 dek 2024 | 19:00

Partlayıcı vasitələri və fişəngləri ölkəyə gətirmək olar – Bu qurumdan icazə alınmalıdır!


gundem / bolge
24 mar 2025 | 14:01

Elnur Cəlilov "Azvirt" və "Falkon" MMC-lərin Vəlvələ Çayını Amansız Talamasına Yaşıl İşıq Yandırıb — İDDİA


cemiyyet
15 yan 2025 | 14:03

İcra başçılarına ŞOK QADAĞA qoyuldu


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə