Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ Bulvarda suyun səthi təmizlənir Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ölkədən külli miqdarda pul çıxardı

30-10-2024, 13:30 145

Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ölkədən külli miqdarda pul çıxardı


Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Hurriyyet.az xəbər verir ki, “A+CO” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

ASC ilə bağlı iş baxıması üçün Abşeron rayon məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və difər alkoqollu işçilər istehsal edir. “A+CO” ilə “GOLD VİNE” ASC-lər ikisi də eyni ünvanda yerləşir. Hər iki şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az/

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
11 okt 2024 | 15:37

Samir Qurbanov ölkədən nə qədər pul çıxarıb?


gundem / sosial / arasdirma
30 okt 2024 | 13:34

“Full ice Tea”nın istehsalçısı olan şirkətin rəhbəri Tapdıq Məmmədli ölkədən külli miqdarda valyuta çıxarıb?


gundem / cemiyyet
11 okt 2024 | 20:25

Samir Qurbanov ölkədən nə qədər pul çıxarıb? -İLGİNC FAKTLAR


gundem / cemiyyet
26 iyl 2024 | 15:07

Ülvi Quliyevin oğluna məxsus olduğu bildirilən dərman şirkəti valyuta vəsaitini xaricdən geri qaytarmayıb


gundem / arasdirma / cemiyyet
1 avq 2024 | 02:11

"Şərurlu İsfəndiyar"ın şirkəti ətraf mühiti çirkləndirib - Külli miqdarda cərimə


sosial
22 okt 2024 | 16:07

Bu şəxslər 4000 manatadək cərimə oluna bilər


iqtisadiyyat
6 mar 2024 | 13:55

Dollar tələbi: Mərkəzi Bank bu addımı ata bilər - ŞƏRH


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
12:12 0
İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
12:00 0
Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
11:40 0
Bulvarda suyun səthi təmizlənir
11:36 0
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
11:30 0
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə