İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Fəzail Ağamalının baxça müdirəsi olan qalmaqallı qızı indi də mandat sevdasına düşüb

12-08-2024, 17:01 177

Fəzail Ağamalının baxça müdirəsi olan qalmaqallı qızı indi də mandat sevdasına düşüb


Günay Ağamalıya və atasına xalqın səslərinin onların malı-mülkü olmadığını başa salmaq lazımdır

Milli Məclisə sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkiləri Azərbaycan seçki tarixində görünməmiş ilklərlə yadda qalacaq. Çünki xalqın iradəsini heçə sayanlar parlamentdəki kreslolarını son 20-25 ildə yığdıqları var-dövləti ailə bizneslərinə çevirib öz adlarına özəlləşdirdikləri mülkləri ilə eyni gözdə görürlər.

Bu səbəbdəndir ki, qocaldığına görə “ar edən” bir partiya sədri namizəd olmayacağını elan edəndən sonra partiyadan arvadını namizəd göstərir, digər partiya sədri isə özü olmasa da, qızını həmin partiyadan namizəd kimi ortaya çıxarır. Bizim fağır, məzlum xalqımızın təmsilçiləri də bu ikrah doğuran mənzərəni sakitcə seyr edirlər.

"Azərbaycan Reallığı" Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalıyevin qızının namizəd olmasından bəhs edəcək.

Adı mediada “Hunday” markalı maşınından oğurluq edildiyi məsələsi ilə ilk dəfə 2012-ci ildə hallanan Günay Ağamalı atasının mandatdan istifadə edərək qurduğu gün-güzarandan yararlanaraq özünə uşaq baxçası açıb. O vaxt qızının soyulduğunu ictimailəşdirən polis orqanlarına və mediaya sərt çıxan və ailəsi ilə bağlı hadisələrin mətbuatda işqlandırılmasına qarşı olan Fəzail Ağamalı indi nədənsə qızının xalqın deputat olmasına razılıq verib…

Bu başqa söhbətin mövzusudur.


Onu da qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” baxçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.

Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası Fəzailin mövqeyini də qınamış və baxça müdirəsini isə özbaşınalığa görə ittiham etmişdi: “Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib”. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır.

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı “Buta” uşaq baxçasına müdirliyi hələ qarət olunduğu dövrdəndir. Amma indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, dəxli olmadığı halda “ümumrusiya peşəkar psixoterapiya liqası”nın (???) üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Keçək Günay Ağamalının siyasi kimliyinə. Siyasi fəaliyyəti atasının partiyasında yüksək vəzifələri qamarlamaqdan başqa bir şeydən ibarət deyil. Çünki partiya sədrinin kommunikasiya və humanitar məsələlər (?) üzrə müşaviri, Qadınlar şurasının sədri, daha nə bilim nələr… Hamısı Ana Vətən Partiyası ilə bağlıdır. Əslində Fəzailin qızını da qınamaq haqsızlıq olar. Siyasi cəhətdən səbatsız olan bir şəxsin yaratdığı partiyada adam varmı ki onlara da nəyisə həvalə edəsən. Zahid Oruc idi, o da parlamentdə ucadan danışa-danışa diqqəti cəlb edib vaxtında canını qurtardı.

Beləliklə, Günay Ağamalı müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Yəni bunlar elə bil dairələri də özəlləşdiriblər, atasının seçildiyi dairədən namizəd olmaq istəyir. Halbuki Salyan və digər rayon sakinləri heç onu tanımırlar. Məsələn, Salyan rayonundan olan ziyalılar onu tanımadıqlarını, rayonu təmsil edəcək layiqli namizədə səs verəcəklərini bəyan ediblər.

Bütün yuxarıda qeyd edilnələrdən belə bir nətcəyə gəlmək olur ki, “Günay Ağamalı layihəsi” mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Milli Məclisdə “kreslo kupçası” aldıqlarını zənn edənlərdən bu milləti xilas etməyin yolu onların varislərinin deputat seçilməsinin qarşısını almaqdır. Bununla onları başa salmaq laızmdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil. (Aztoday.az)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / cemiyyet
12 avq 2024 | 17:04

Bu mandat AĞA MALI deyil axı... SEÇİCİ İRADƏSİDİR... - HƏQİQƏTƏN DƏ...


gundem / cemiyyet
7 avq 2024 | 03:17

Məhkəmə Fəzail Ağamalının oğluna borc öhdəliyi qoydu - TƏFƏRRÜAT


cemiyyet
3 iyl 2024 | 12:38

Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...


gundem / cemiyyet
12 avq 2024 | 14:44

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?


siyaset
14 iyn 2024 | 15:48

Milli Məclisdə deputatlardan bir-birinə qarşı ittihamlar


gundem / cemiyyet
22 iyl 2024 | 14:50

Hökumətin Kəlbəcərdən deputat görmək istədiyi şəxs, görün kimin kürəkənidir


cemiyyet
16 iyl 2024 | 21:02

Təsadüflər onu Milli Məclisə gətirdi... yenə də ZƏRURƏT VARMI? - Görünəni odur ki...


gundem / cemiyyet
27 iyl 2024 | 17:23

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə