İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

12-08-2024, 14:44 137

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?


Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib...

Yenicag.az xəbər verir ki, builki parlament seçkilərində bir çox vəzifəli şəxslərin və məmur övladları da bu seçkidə deputat mandatı uğrunda yarışa qatılıb. Belə namizədlərdən biri də sabiq baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.

Qeyd edək ki, Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb. Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır. 1979-cu ildən anadan olan Vüsalə Rəsulova 1996-cı ildə Buzovna qəsəbəsində 125 nömrəli məktəbi bitirib. 1996-2000-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında təhsil alıb.

2001-ci ildən Xəzər rayon Binə qəsəbəsi E.Şəmiyev adına 149 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2012-ci ildən isə 149 nömrəli məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Elə də çox tanınmayan bir namizədin alternativi olduğu dairədə seçkiyə qatılmaq sabiq məmur qızı üçün indidən “yaşıl işıq” yandırıldığını söyləməyə imkan verir.

Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub. Günay Əfəndiyeva ilə bağlı qalmaqallı məlumatlar çoxluq təşkil etməsə də, onun adı bu yaxınlarda bir neqativ hadisə ilə bağlı hallanmışdı.

Belə ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı bir məlumatı özünün sosial şəbəkə hesabında paylaşıb. “İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən bəlkə də yeganə ingilisdillidir. Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir”, – deyə Ş.Xuduoğlu yazır.

Əlbəttə, bu hissəni oxuyanların məlumatın Günay Əfəndiyeva ilə əlaqəsinin olduğunda çətinlik çəkə bilər. Əsl mətləbin nədən ibarət olduğunu aşağıdakı qeydlərdən bilmək olar. “Qanun” nəşriyyatının direktoru əsl məsələni bundan sonra açıqlayır: “Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi Fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edir. Avans da ödəmir. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə “Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur” deməklə qonorarı ödəməkdən imtina etdilər.

İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır. Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı, hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”.

Qeyd edək ki, tərcümənin sifarişi isə Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fonduna sədrlik dönəminə təsadüf edir. Düzdür, Şahbaz Xuduoğlunun bu paylaşımından bir qədər sonra Türk Mədəniyyəti və İrsi Fondu bir açıqlama yayaraq, bildirmişdi ki, “cənab İan Peartın və təşviqi ilə istənilən şəxsin təşkilat barəsində yaydığı fikir və iddialar əsassız və həqiqətə uyğun deyil”. “Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmamışdır və onun qarşısında Təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir”, – deyə qeyd edilirdi.

Günay Əfəndiyevanın adının qalmaqallarda hallandırılması təkcə bununla bitmir. Onunla bağlı il ərzində təkcə təyyarə biletləri üçün yarım milyondan çox pul xərclıdiyinə dair məlumatlar da yayılıb. Bundan əlavə, məlumatlarda qeyd edilirdi ki, G.Əfəndieyva bəzi müqavilə öhdəliklərini də yerinə yetirməyib. 20 min dollara yaxın da maaşı, şəxsi sürücüsü olduğu barədə yayılan informasiyalar G.Əfəndiyevanın hansı dəbdəbəli həyat tərzini seçdiyinin göstərcisi sayıla bilər.

Bu məsələnin sosial şəbəkənin və mətbuatın əsas mövzularından birinə çevrildiyinə nəzərə alsaq, ortaya belə bir sual çıxır: İntellektual məhsulun dəyərini ödəməyən bir namizəd, deputat seçiləcəyi təqdirdə, seçicilərinin hüquqlarını necə qoruya bilər?

Hər halda, Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun sədri olarkən hansı qlobal işlərin həyata keçirilməsinə imza atdı ki, deputat olduqdan sonra Milli Məclisdə taleyüklü məsələlərin həllinə nail olsun. Seçmək və seçilmək vətəndaşın hüquqlarına daxil olan təməl haqlardan biridir. Lakin görünür, bəzi adamlar deputat seçilmək uğrunda yarışa hansısa məmurun, yaxud sabiq hökumət adamının övladı olduğu üçün qatılır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / cemiyyet
18 iyl 2024 | 15:24

Deputat olmaq istəyən məmurlar - SİYAHI


arasdirma / cemiyyet
18 iyl 2024 | 18:27

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək


gundem / arasdirma / cemiyyet
22 iyl 2024 | 16:19

Elton Məmmədov, görün, hansı YAP-çı ilə mübarizə aparacaq… - Hər ikisi...


gundem / cemiyyet
7 avq 2024 | 17:10

Milli Məclisdə Ziyad Səmədzadənin ağsaqqallığına ehtiyac var idimi? - Nəticələrini oynatmalı olan vaxtında...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə