Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib Bilik gününə belə başladılar - FOTOLAR Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ Emin Əmrullayev şagirdləri təbrik etdi Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTO

29-11-2023, 17:20 274

İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.

Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.

Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.

Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.

Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.

Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.

Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.

Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.

İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTOİlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
09:06 0
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
09:01 0
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
08:48 0
Bilik gününə belə başladılar - FOTOLAR
08:39 0
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
08:33 0
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
08:27 0
Emin Əmrullayev şagirdləri təbrik etdi
08:21 0
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə