Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur- Rusiya nəşrindən sensasion iddialar

27-08-2026, 18:30 3

Paşinyan Putinin adamıdır, Köçəryanın həbsi oyundur- Rusiya nəşrindən sensasion iddialar


Müxalifətyönümlü “Novaya qazeta” yayımladığı son müsahibədə Ermənistan hakimiyyətinin Moskva ilə münasibətləri və Robert Köçəryanın təqibi ilə bağlı sərt ittihamlar səsləndirilib. “Novaya qazeta” xəbər verir ki, Qərbyönümlü siyasətçi Andreas Qukasyan müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ilə bağlı diqqətçəkən ittihamlar səsləndirilib.

Müsahibədə irəli sürülən əsas tezis budur ki, Paşinyanın Rusiyadan uzaqlaşdığı və Avropaya inteqrasiyaya yönəldiyi barədə bəyanatlarına baxmayaraq, onun real siyasəti çox zaman Moskvanın maraqları ilə üst-üstə düşür. Hətta bu siyasətin arxasında Kremlin maraqlarının dayandığı və Paşinyanın müəyyən mənada Vladimir Putinin “sifarişlərini yerinə yetirdiyi” iddia olunur.
Nəşrə danışam siyasio ekspert Robert Köçəryanın və digər keçmiş hakimiyyət nümayəndələrinin cinayət təqibinə də bu prizmadan yanaşılır. Səsləndirilən fikirlərə görə, Köçəryanın həbsi və ona qarşı irəli sürülən ittihamlar Ermənistanın siyasi sistemində real korrupsiya ilə mübarizədən daha çox siyasi məqsədlərə xidmət edə bilər. Qukasyana görə, Köçəryana 20 il əvvəlki ittihamın seçkidən əvvəl “unudulması”, sabiq prezidentin rəhbərlik etdiyi partiyanın seçkilərə buraxılması və mandat alması Rusiyanın istəyi ilə baş tutub.

Sitata diqqət edək: "Hazırda ortaya çıxan materiallar seçkilərdən əvvəl ittiham irəli sürmək üçün kifayət edirdisə, o zaman sual yaranır: niyə həmin materiallardan əvvəl istifadə edilmədi? Niyə bu “kart” məhz indi ortaya çıxarılır? Mümkündürmü ki, seçkilərin nəticəsində formalaşan parlament tərkibi Paşinyanı qane edir? Bu halda indiki cinayət təqibi Qərbdəki tərəfdaşlara göstərmək cəhdi kimi qiymətləndirilə bilər ki, guya Paşinyan seçki prosesində prorusiya qüvvələrinə kömək etməyib və onların parlamentə düşməsinə şərait yaratmayıb. Halbuki hazırda həmin qüvvələr parlamentdə səslərin təxminən 40 faizinə nəzarət edir və bu, konstitusion çoxluq tələb edən məsələlər üzrə qərarların qəbulunu mümkünsüzləşdirir. Məsələn, müəyyən məsələlərin referendum üçün parlamentə çıxarılması üçün konstitusion çoxluq tələb olunur. Hesab edirəm ki, bu, Rusiya Federasiyasından bir sifariş idi və yerinə yetirildi”.
Müsahibədə Paşinyanın KTMT ilə bağlı mövqeyindəki ziddiyyətlər də xüsusi vurğulanır. Paşinyan Ermənistanın KTMT-dən çıxarılmasının onu məyus etməyəcəyini bildirsə də, Ermənistan 2024-cü ildə təşkilatda iştirakını daha beş il müddətinə uzadıb. Eyni zamanda İrəvan üzvlük haqlarını ödəməməklə təşkilatdan uzaqlaşdığını nümayiş etdirir. Bu isə müsahibəyə görə, açıq və ardıcıl xarici siyasətdən daha çox, həm Moskva, həm də Qərblə münasibətlərdə ikili oyun təsiri yaradır.
Müsahibədə Ermənistanın Avropaya inteqrasiya prosesinin də bilərəkdən ləngidildiyi iddia olunur. Paşinyanın hakimiyyəti Rusiyadan siyasi məsafə saxladığını nümayiş etdirsə də, Moskva ilə iqtisadi və digər əlaqələri tam şəkildə kəsmir. Bu vəziyyət isə Ermənistanın Qərbə real inteqrasiyasından çox, Rusiya ilə münasibətləri qoruyaraq yeni geosiyasi şərtlərə uyğunlaşması kimi qiymətləndirilir.
Bu yanaşmanın ən diqqətçəkən tərəfi isə Paşinyanın “Rusiya ilə münasibətlərdən uzaqlaşan lider” obrazının şübhə altına alınmasıdır. Müsahibədə bildirilir ki, Ermənistan uzun müddət Rusiyanın sanksiyalardan yayınmasına imkan verən mühüm logistika və ticarət kanallarından biri olub. Buna görə də Paşinyanın Moskva siyasətinin həqiqi məqsədləri ilə bağlı ciddi suallar yaranır.
Robert Köçəryanın təqibi məsələsində də oxşar suallar meydana çıxır. Müsahibədə qeyd olunur ki, Köçəryanın hakimiyyəti dövründə korrupsiya ilə bağlı daha böyük iddialar mövcud olsa da, hazırda ona və digər keçmiş məmurlara qarşı irəli sürülən ittihamların miqyası bu sistemin ümumi miqyası ilə müqayisədə məhdud görünür.
Bu isə əsas sualı ortaya çıxarır: məqsəd həqiqətən dövlətə dəymiş zərəri geri qaytarmaq və korrupsiya ilə mübarizə aparmaqdır, yoxsa siyasi gündəmi dəyişmək?
Müsahibədə Paşinyanın özü Ermənistanın son 20 ildə dövlət vəsaitlərindən təxminən 2 milyard dolların oğurlandığını bildirib.

Qukasyanın müsahibəsindən çıxan əsas nəticə olduqca sərtdir: Paşinyanın Moskva ilə qarşıdurma görüntüsü yaratmasına baxmayaraq, onun siyasəti Kremlin maraqlarına xidmət edə bilər. Bu baxımdan Köçəryanın həbsi də sadəcə korrupsiya ilə mübarizə deyil, Ermənistanın daxili siyasi səhnəsində daha böyük geosiyasi oyunun bir hissəsi kimi təqdim olunur. Yəni İrəvan Moskvadan uzaqlaşmır, Paşinyan Putinlə razılaşdırılmış daha mürəkkəb siyasi oyun oynayır...musavat.com

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
22 sen 2023 | 16:47

Köçəryanın oğlu İrəvandakı aksiyalarda belə saxlanıldı -VİDEO


dunya
25 avq 2026 | 17:00

Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü


dunya
3 apr 2024 | 14:09

Paşinyanla Köçəryanın gizli sövdələşməsi: Ermənistanı tərk edib


dunya
6 apr 2026 | 12:58

Paşinyan: "Sentyabrda dəhşətli müharibə olacaq... Köçəryan eşşək kimi anqırsa..."


dunya
25 avq 2026 | 09:48

Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ


dunya
27 mar 2025 | 12:57

Paşinyan onları hədələdi - “Sizi tapdalayacağam”


dunya
1 may 2024 | 14:05

Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı


dunya
8 iyn 2026 | 12:50

"96 faiz" açıqlaması: Paşinyan qalibdir, ermənilər Moskvanın kursunu rədd etdi


dunya
1 apr 2026 | 19:00

Paşinyanın 1 aprel sınağı - Putinlə zarafat təhlükəlidir


dunya
18 okt 2023 | 16:54

Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə