Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü

25-08-2026, 17:00 2

Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü



Bu gün səhər saatlarında Ermənistanda siyasi gərginlik yeni müstəviyə qədəm qoyub. Ölkənin keçmiş prezidenti, müxalifətdəki “Ermənistan” fraksiyasının lideri Robert Köçəryan və oğlu saxlanılaraq Antikorrupsiya Komitəsinə aparılıblar.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi başladılan cinayət işi ilə bağlı məlumat yayıb. Bu proses çərçivəsində 6 nəfər saxlanılıb.

Ermənistan mediasında yayılan son məlumatlara görə, Robert Köçəryanın böyük oğlu Sedrakın həbs edilməsinə dair vəsatət təqdim olunub və özünün isə xəstəxanaya yerləşdirildiyi bildirilir. Sabiq prezidentin təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırıldığı qeyd olunur. Amma bütün bunlar onun həbsdən yaxa qurtardığı anlamına gəlmir.

Qeyd edək ki, bu həbs sıradan bir hadisə deyil. Robert Köçəryan Ermənistanın siyasi tarixində mühüm yer tutan fiqurlardan biridir. O, 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. Hazırda isə ölkənin əsas müxalifət qüvvələrindən biri hesab olunan “Ermənistan” fraksiyasına rəhbərlik edir.

Köçəryanın siyasi fəaliyyətinin davam etdiyi bir vaxtda onun evində axtarış aparılması və ardınca Milli Təhlükəsizlik Xidmətinə aparılması, xəstəxanaya yerləşdirilməsi Ermənistanın daxili siyasi gündəmini yenidən hərəkətləndirə bilər. Xüsusilə də hadisənin keçmiş prezident və parlamentdəki əsas müxalifət qüvvəsinin lideri ilə bağlı olması diqqəti daha da artırır.

Bu addım Ermənistanın daxili siyasi mübarizəsində yeni mərhələnin başlanğıcıdır? Nikol Paşinyan hakimiyyəti ilə Köçəryanın rəhbərlik etdiyi müxalifət arasında qarşıdurma daha da dərinləşəcəkmi?Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın hələ seçki marafonu vaxtı səsləndirdiyi fikirlərdən sitat gətirib:

“O demişdi: “Mən icazə verməyəcəyəm ki, Robert Köçəryan, Qaqik Sarukyan və Samvel Karapetyan siyasətlə məşğul olsunlar və onları Ermənistan siyasətindən silib-süpürmək lazımdır”. Paşinyan həmçinin söz vermişdi ki, Köçəryan da çöldə qalmayacaq. Çünki xalqın tələbi ondan ibarətdir ki, o, çöldə qalmamalı, həbs olunmalıdır. Çünki onun kifayət qədər cinayət işləri var.

Göründüyü kimi, keçmiş prezident və oğlu konkret olaraq Ermənistanda növbəti hakimiyyət çevrilişini Rusiyanın əli ilə həyata keçirmək istəyiblər. Qaqik Sarukyan və Samvel Karapetyan artıq həbs olunub və təbii ki, Robert Köçəryanın da həbsi gözlənilirdi. Çünki hər üç şəxs Rusiya ilə bağlıdır və onların əsas planı parlamentin işini pozmaq, ölkədə xaos yaratmaq, konstitusiya referendumuna mane olmaq və birbaşa Rusiyanın narrativləri ilə hərəkət etmək idi. Ona görə də Robert Köçəryanın timsalında, ümumiyyətlə, Rusiya siyasətini Ermənistan siyasətindən silmək istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu, bir növ Nikol Paşinyanla onun müxalifəti arasında gedən siyasi mübarizədir. Paşinyan rusiyapərəst qüvvələri sıradan çıxarır və düşünmürəm ki, bu, Ermənistanda siyasi xaosa gətirib çıxaracaq. Bu, bir növ hakimiyyət uğrunda mübarizədir. Bundan əlavə, Ermənistan tamamilə Qərbə inteqrasiya siyasətini həyata keçirir və bu üçbaşlı müxalifətin də missiyası Ermənistanı Rusiyanın yedəyində aparmaq olub, hazırda da bu istiqamətdə planları var. Ona görə də Nikol Paşinyan qarşısındakı bu əngəlləri sıradan çıxarmaq üçün belə addımlar atır”.

Politoloqun fikrincə, Köçəryanın korrupsiya məsələsində dindirilməsi və onun dövlət çevrilişi ilə bağlı fəaliyyətinin araşdırılması da təsadüfi deyil:

“Onun oğlu Levonun da bu məsələyə cəlb edilməsi istisna deyil. Düşünmürəm ki, bu, Ermənistanda daxili xaosa gətirib çıxaracaq. Əksinə, hesab edirəm ki, bu, daha çox daxili sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Bir növ Paşinyan da deyir ki, xalq “Real Ermənistan” ideologiyasına səs verir və onların da tələbi budur ki, bu üçbaşlı müxalifət, eləcə də Robert Köçəryan siyasi meydanda olmamalıdır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
25 avq 2026 | 12:35

Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video


dunya
25 avq 2026 | 09:48

Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ


dunya
25 sen 2023 | 13:02

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu həbs edilib - VİDEO


dunya
25 avq 2026 | 08:29

Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb


dunya
3 apr 2024 | 14:09

Paşinyanla Köçəryanın gizli sövdələşməsi: Ermənistanı tərk edib


dunya
22 sen 2023 | 16:47

Köçəryanın oğlu İrəvandakı aksiyalarda belə saxlanıldı -VİDEO


dunya
6 apr 2026 | 12:58

Paşinyan: "Sentyabrda dəhşətli müharibə olacaq... Köçəryan eşşək kimi anqırsa..."


dunya
30 may 2026 | 12:54

Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı


dunya
20 noy 2025 | 19:00

İrəvan və Moskva arasında yeni gərginlik - Paşinyanın o tələbi...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə