İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib

12-02-2026, 12:16 53

Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib


ABŞ Ədliyyə Nazirliyinin Manhetten Cənub Dairəsi Prokurorluğunun 2019-cu il avqustun 9-dakı sənədində Ceffri Epşteynin kamerasında ölü tapıldığı bildirilir, rəsmi həbsxana qeydlərində isə Epşteynin yalnız avqustun 10-da səhər saat 6:30-dan sonra kamerasında tapıldığı göstərilir.

Sənəddəki tarixlə Epşteynin rəsmi tapılma vaxtı arasındakı uyğunsuzluq onun ölüm vaxtı ilə bağlı yenidən qeyri-müəyyənlik yaradıb.

Ədliyyə Nazirliyinin nəzdindəki Manhetten Cənub Dairəsi Prokurorluğunun 9 avqust 2019-cu il avqustun 9-da yayılan sənədində Ceffri Epşteynin kamerasında huşsuz tapıldığı və qısa müddət sonra öldüyü bildirilir. Lakin həbsxana qeydləri və rəsmi sənədlər göstərir ki, Epşteyn 2019-cu il avqustun 10-da səhər saat 6:30-dan sonra zabit tərəfindən səhər yeməyi paylanarkən kamerasında olub.

"Bu səhər ölü tapıldı” ifadəsi diqqəti cəlb edib

Açıqlamada o vaxtkı Manhetten baş prokuroru Ceffri S. Berman bildirib: "Bu səhər Manhetten İslah Müəssisəsi uşaq alveri ittihamları ilə mühakimə olunan Ceffri Epşteynin kamerasında huşsuz vəziyyətdə tapıldığını və qısa müddət sonra öldüyünü təsdiqləyib".

Açıqlamada həmçinin Epşteynin ölümünün qurbanların ədalət axtarışında yeni bir maneə yarada biləcəyi və istintaqın qətiyyətlə davam edəcəyi vurğulanıb. Lakin sənəddəki tarixlə Epşteynin tapıldığı rəsmi vaxt arasındakı uyğunsuzluq onun ölümünün vaxtı ilə bağlı yeni qeyri-müəyyənliklər yaradıb.

Bu nasıl iş! Savcılık Epstein'ın ölümünü intiharından bir gün önce duyurmuş

Rəsmi qeydlərdə dəqiq ölüm vaxtı yoxdur

Federal prokurorların məlumatına görə, Epsteyn 2019-cu il iyulun 6-da uşaq alveri və sui-qəsd ittihamları ilə həbs olunaraq Manhettendəki Metropolitan İslah Mərkəzinə yerləşdirilib. İttihamları rədd edən Epsteyn həbsindən bir aydan bir az çox sonra məhkəməyə qədər həbsxanada vəfat edib. Rəsmi qeydlərə görə, həbsxana gözətçisi Epsteyni avqustun 10-u səhəri kamerasında hərəkətsiz tapıb. Tibbi personal müdaxilə etsə də, Epsteyn qısa müddət sonra vəfat edib. Nyu-York Tibbi Ekspertiza İdarəsi daha sonra onun ölümünü "asma yolu ilə intihar" kimi qeydə alıb.

Təhlükəsizlik zəiflikləri və kamera nasazlıqları

Epşteynin ölümü, ABŞ-ın ən təhlükəsiz federal həbsxanalarından biri kimi tanınan müəssisədə ciddi səhlənkarlığı da üzə çıxarıb. Həbsxana qeydləri göstərir ki, Epşteyni izləmək vəzifəsi daşıyan mühafizəçilər məcburi gecə yoxlamaları aparmayıblar. Rəsmi məlumatlara görə, səhər saat 3:00 ilə 5:00 arasında patrul xidməti həyata keçirilməyib.

Bundan əlavə, həmin gecə Epşteynin kamerasının xaricində ən azı iki təhlükəsizlik kamerasının işləmədiyi müəyyən edilib. Bu nasazlıqlar səbəbindən səlahiyyətlilər Epşteynin son saatlarının dəqiq qrafikini müəyyən edə bilməyiblər. Bu günə qədər onun ölümünün dəqiq vaxtı rəsmi olaraq müəyyən edilməyib.

Bu nasıl iş! Savcılık Epstein'ın ölümünü intiharından bir gün önce duyurmuş

Yeni görüntülər, yeni suallar

Keçən həftə açıqlanan Ədliyyə Nazirliyinin yeni sənədlərinə Epşteynin ölümündən sonra Federal Təhqiqat Bürosu və Baş Müfəttiş Ofisi tərəfindən nəzərdən keçirilən müşahidə kameralarının görüntüləri daxildir. Sənədlərdə həbsxanada Epşteynin saxlanıldığı mərtəbəyə doğru hərəkət edən naməlum bir şəxsin pilləkənlərdən narıncı bir siluetlə qalxdığı görüntülər təsvir olunur. Lakin səlahiyyətlilər bu görüntülərlə Epşteynin ölümü arasında birbaşa əlaqə qura bilməyiblər.

Bu nasıl iş! Savcılık Epstein'ın ölümünü intiharından bir gün önce duyurmuş

Epşteynin ölümü son illərdə ABŞ-da ən çox izlənilən cinayət işlərindən birinə qəfil son qoyub. Prokurorlar Epşteyni illər ərzində çoxsaylı yetkinlik yaşına çatmayan qızları əhatə edən geniş cinsi istismar şəbəkəsini idarə etməkdə ittiham etmişdilər. Nyu-Yorkda keçirilən məhkəmə prosesi Epşteyni onlar il həbs cəzası ilə üz-üzə qoymuşdu.

Epşteynin ölümünə görə əsas iş bağlansa da, federal hakimiyyət orqanları potensial cinayətkarlarla bağlı araşdırmaların davam etdiyini bildiriblər. “Daily Mail” qəzetinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi hələlik yeni sənədlərlə bağlı rəsmi şərh verməyib.(lent.az)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
6 fev 2026 | 13:22

Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib


dunya
7 fev 2026 | 13:24

Epşteynin qardaşından şok ittiham: Cefrini Tramp öldürtdürüb


dunya
3 fev 2026 | 12:11

Epşteyn qalmaqalı böyüyür: Nazirlik onları tələsik sildi


dunya
26 iyl 2025 | 14:00

Epşteynə ad günü təbriki Klintonun başına bəla oldu


dunya
20 dek 2025 | 13:00

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı - Fotolar


dunya
19 dek 2025 | 12:34

Bill Qeytsin də fotoları üzə çıxdı - Epşteyn qalmaqalı


dunya
22 dek 2025 | 12:37

Epşteyn işi üzrə yeni araşdırma başlayır


dunya
5 fev 2026 | 12:05

“Epşteyn işi” ilə bağlı minlərlə sənəd silindi


dunya
4 fev 2026 | 18:30

“Epşteyn faylları”nda Vladimir Jirinovski: rus ultramillətçisinin adı pedofil qalmaqalının kölgəsində


dunya
2 fev 2026 | 19:00

ŞOK İDDİA! “Epşteyn işi”nin arxasında PUTİN dayanır? – Gizli “seks tələsi” planı ifşa olunur


dunya
3 sen 2025 | 13:27

ABŞ Konqresi Epşteyn işi üzrə on minlərlə sənədi dərc etdi


dunya
17 noy 2025 | 17:14

Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə