İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Paşinyan BMT-də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb

29-09-2025, 14:12 101

Paşinyan BMT-də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb


Paşinyan BMT-də Zəngəzur dəhlizinin Ermənistan üçün beynəlxalq əhəmiyyətindən danışıb
avqust 2025-ci ildə Vaşinqtonda İrəvanla Bakı arasında imzalanan Azərbaycan Respublikasının materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi vasitəsilə maneəsiz əlaqəni əhatə edəcək ki, bu da Ermənistana beynəlxalq və daxili səyahətlər baxımından qarşılıqlı fayda gətirəcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxışı zamanı deyib.

Paşinyan əlavə edib ki, İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ-la əməkdaşlıq edəcək və Ermənistan ərazisində Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu (və ya TRIPP Yolu) kommunikasiya proqramının həyata keçirilməsi çərçivəsini müəyyən etmək üçün üçüncü tərəflərlə razılaşıb: “TRIPP infrastruktur layihəsi ABŞ və Ermənistan arasında ikitərəfli razılaşdırılmış biznes modeli çərçivəsində Ermənistanda həyata keçiriləcək. Müxtəlif infrastruktur obyektlərindən ibarət olan TRIPP marşrutu həm regional, həm də qlobal əhəmiyyətə və təsirə malik olacaq.

Belə ki, avqustun 8-də Vaşinqtonda elan edilmiş “TRİPP” layihəsi çərçivəsində Şərqi Qərblə birləşdirən dəmir yolu, avtomobil yolu, boru kəmərləri, elektrik xətləri Ermənistan ərazisindən keçəcək. Bu müqavilə həm də Şimalı Cənubla birləşdirəcək.

TRIPP infrastruktur layihəsi üçün boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin inkişaf etdirilməsi perspektivi ilə Ermənistan və Türkiyə arasında sərhədin və buna görə də mövcud dəmir və avtomobil yollarının açılması böyük əhəmiyyət kəsb edir”.

Bundan əlavə, Paşinyan Konstitusiyaya ediləcək dəyişikliyin tarixini açıqlayarkən deyib ki, 2026-cı il parlament seçkilərində növbəti dəfə xalqın mandatını əldə edərək, yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəklər: “Nəticədə hakimiyyətin bütün qolları və qurulmuş hüquqi quruluş konstitusiya quruluşuna, yəni xalqa üzvi şəkildə bağlanaraq Ermənistanın dövlətçiliyini güclü və xalq mərkəzli edəcək”.

O, hazırda Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Strasburqda işgüzar səfərdədir.

Paşinyanın səfər çərçivəsində AŞPA-nın sədri Teodoros Russopulos, Avropa Şurasının baş katibi Alain Berset, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Mattias Quillomar və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti ilə görüşlər nəzərdə tutulub.

Sentyabrın 30-da baş nazir Paşinyan AŞPA-nın dördüncü sessiyasının plenar iclasında çıxış edəcək.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
2 sen 2025 | 14:15

Paşinyan: Naxçıvana gediş-gəliş üçün maneəsiz əlaqə yaradılacaq


dunya
23 avq 2025 | 12:14

Ermənistan Azərbaycanın iqtisadi əməkdaşlığa hazırdır - Xudatyan


dunya
14 avq 2025 | 13:24

Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq


dunya
25 noy 2023 | 12:30

Paşinyan: Dəmir yolu mütləq Zəngəzurdan keçməlidir


dunya
23 sen 2025 | 16:51

Paşinyan Ermənistan üçün yeni Konstitusiyadan DANIŞDI


siyaset
6 mar 2024 | 17:22

Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da... - NƏ BAŞ VERİR?


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə