Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir? Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı DİN-ə yeni vəzifə həvalə olundu Prezident və birinci xanım Şamaxıda İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Rusiya şovinizmi və “skinhed” təfəkkürü: FSB və “OMON” “muzdlu qatil” rolunda

2-07-2025, 09:11 59

Rusiya şovinizmi və “skinhed” təfəkkürü: FSB və “OMON” “muzdlu qatil” rolunda


Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) iyunun 27-də evlərinə basqın edərək, qətlə yetirdiyi azərbaycanlıların – Hüseyn və Ziyəddin Səfərovun Azərbaycana gətirilən nəşi üzərində yenidən aparılan ekspertizanın rəyi sözün gerçək mənasında dəhşətlidir.

- Qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar. Meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Sümüklərin yerdəyişmiş sınığı var, döş qəfəsi deformasiyaya uğrayıb. Gözətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində, yuxarı ətraflarda, xayalıqda, aşağı ətraflarda, budda qançır və sıyrıqlar aşkarlanıb.
- Kəllədaxili qansızmalar, baş beynin sərt və yumşaq qişasında qansızmalar, qabırğaların ikitərəfli, çoxsaylı anatomik xətlər üzrə yerdəyişmiş sınıqları aşkarlanıb. Ağciyərin sümük ucları tərəfindən kəsilməsi, qabırğaarası əzələlərdə qansızmalar, parietal plevranın, ağciyərlərin cırılması və ikitərəfli hemapnevmatoroks vəziyyəti aşkarlanıb.

Bu, hansısa cinayətkar qrupun törətdiyi qətl hadisəsi yox, birbaşa Rusiya hüquq-mühafizə orqanlarının – FSB və “OMON”un terror aktıdır. Məhkəmə qərarı olmadan evlərə hücum edərək, soydaşlarımızı döyə-döyə öldürüblər. Rusiya üçün tanış mənzərədir: 90-cı illərdə “Skinhed” hərəkatının “keçəllər dəstəsi” qeyri-rus olanları küçələrdə saxlayır, döyür, qətlə yetirirdi və bütün bu əməllərinə görə cinayətə cəlb olunmurdular.

Hazırda Rusiyada baş verənlər göstərir ki, “Skinhed” hərəkatına rəhbərliyi Putin edir, “keçəllər dəstəsi” isə FSB və “OMON”çulardır. Yekaterinburqda FSB tərəfindən azərbaycanlılara qarşı törədilən “skinhed” zorakılığı bunu təsdiq edən sonuncu nümunələrdəndir.

Belə nümunələr Putin Rusiyası üçün adi hala çevrilib. Əgər Rusiyanın ən qanlı dövrü Stalin represiyaları hesab olunurdusa, o zaman belə müəyyən bir qaydalar vardı. Məhkəmə qurulur, cəza kəsilir, ya sürgünə, ya ölümə göndərilir. Putin Rusiyasında isə nə məhkəmə, nə cəza var, FSB və “OMON” “skinhed” rolunda küçədə qeyri-rusları saxlayır, təhqir edir, ya da evlərinə basqın edərək, qətlə yetirir, Səfərovlar qardaşlarına etdikləri kimi.

Putin Rusiyasında şovinizm, islamofobiya və irqçilik

Mərkəzi Asiya və Qafqazdan olan şəxslər – qeyri-slavyan görünüşünə mənsub olanlar üçün Rusiya böyük həbsxananı xatırladır. “Human Rights Watch” təşkilatının hazırladığı hesabatda qeyd olunur ki, miqrantlara qarşı həm dövlət, həm də ictimai ayrı-seçkilik şiddətlənib. Misal üçün, Rusiyanın bir çox regionunda miqrantların işə qəbulunda məhdudiyyətlər qoyulub, o cümlədən, onların təhsil, səhiyyə, qida və dərman istehsalı sektorunda işləmələri qadağan edilib. Samarada miqrantlara çörək və uşaq yeməkləri istehsalının qadağan edilməsi də bu nümunələrdən biridir.

Polis əməkdaşları və “OMON” qrupları küçədə görünüşü xoşuna gəlməyən, qeyri-rus hesab etdikləri istənilən şəxsə yaxınlaşır, onları təhqir edir, maşınlara dolduraraq, saxlanma düşərgələrinə aparır. “Süpürgə” adlanan bu reydlər mütəmadi olaraq miqrantların getdiyi ərazilərdə, məscid və bazalarda keçirilir. Reydlər zamanı minlərlə insan ya həbs, ya da deportasiya edilir.

Rusiya mediasının məlumatına görə, həbs edilən və saxlanılan miqrantların sayı o qədər çoxdur ki, xüsusi təcridxanalar dolduğu üçün onları yerli həbsxanalara yerləşdirirlər. “Azadlıq radiosu”nun araşdırmalarına görə, saxlanılan miqrantların çoxluğu həm gigiyena problemləri yaradıb, həm də qida çatışmazlığına səbəb olub. Saxlanılma düşərgələrində və həbsxanalardakı miqrantlara yalnız “çörək və şirin çay” verilir. Bununla yanaşı, saxlanılanlara qarşı zorakılıq, döyülmə halları adi hal alıb. Qeyri-kafi tibbi xidmət və kifayət qədər sanitar qovşağın olmaması əsas problemlərdəndir.

“The Moscow Times” nəşri yazır ki, ilin əvvəlində yeni miqrasiya qanunun qüvvəyə minməsindən sonra hüquq-mühafizə orqanlarının özbaşınalığı artıb. Polis əməkdaşları, yaxud “OMON” dəstələri miqrasiya qanunlarına əsaslanaraq, küçədə istənilən şəxsi saxlamaq, həbs etmək, yaxud digər zorakılıq əməlləri törətmək imkanına sahibdir.

Yeni miqrasiya qanununa görə, polisə məhkəmə qərarı olmadan miqrantları deportasiya etmək səlahiyyəti verilib. Bununla yanaşı, “nəzarət olunan şəxslərin reyestri” yaradılıb və bundan sonra yüz minlərlə miqrantın bank hesabına daxil olması qadağan edilib. Qaydalara görə, reyestrdə adı olan miqrantlara Rusiya ərazisində avtomobil sürmək, evlənmək, səyahət etmək, yaxud bank hesabı açmaq, eləcə də ayda 30 min rubldan (351 dollar) çox pul xərcləmək qadağandır.

Rusiya miqrantlar üçün “xalqlar həbsxanası”na çevrilib. Şovinizm dövlət səviyyəsində dəstəklənir, o cümlədən, qeyri-ruslara qarşı hücumlar birbaşa FSB və “OMON” tərəfindən həyata keçirilir. “OMON”un Qafqaz və Mərkəzi Asiyadan olan miqrantlara hücumları, zorakılıq törətməsi adi hala çevrilib. Cari ildə Mərkəzi Asiyadan olan miqrantların yaşadıqları əraziyə edilən hücumlar Rusiya rəhbərliyinin “skinhed” təfəkkürünün bariz nümunəsi idi. Bu hücumlarda xüsusilə müsəlmanlara qarşı daha sərt zorakılığa əl atılır. Mərkəzi Asiya ölkələri – Özbəkistan, Qırğızıstan və Tacikistan Rusiya hüquq-mühafizə orqanlarının törətdikləri vəhşiliklərə görə Moskvaya rəsmi Nota ünvanlayıblar.

Miqrantlara və qeyri-rus əsilli vətəndaşlara qarşı zorakılığın dövlət səviyyəsində idarə olunması təsadüfi deyil. Burada rus şovinizminin tarixi kökləri və Rusiya rəhbərliyinin bu şovinizmdən bəslənməsi fundamental amildir. Lakin son dövrlər rasizm və islamofobiyanın kəskinləşməsi miqrantların Ukrayna müharibəsinə cəlb edilməsi planının bir hissəsi kimi qiymətləndirilir. Putin hakimiyyəti xüsusilə Mərkəzi Asiya və Qafqazdan olan miqrantları, eləcə də qeyri-rus vətəndaşları Ukrayna müharibəsində “top yemi” olaraq istifadə etməyə çalışır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin açıqlaması da bunu təsdiq edir. Bastrıkin etiraf edir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər əcnəbi Ukraynada döyüş bölgəsinə göndərilib. Onun sözlərinə görə, hərbi istintaq idarəsi reydlər keçirir, hərbi komissarlığa gəlməyən və cəbhəyə getmək istəməyən şəxsləri saxlayır. Cari ildə 80 min belə vətəndaş saxlanılıb, hərbi qeydiyyata alınıb, onlardan 20 mini müharibəyə göndərilib.

Əcnəbilərin, xüsusilə Mərkəzi Asiya və Qafqazdan olanların Ukrayna müharibəsinə cəlb edilməsi prosesi iki istiqamətdə aparılır.

Birincisi, Rusiyada işləyən və yaşayan miqrantlar – vətəndaşlığı olmayan şəxslər həbs olunaraq, təcridxanalara və yerli həbsxanalara doldurulur. Onlar qarşısında şərt qoyulur: ya müharibəyə gedin və əvəzində Rusiya vətəndaşlığını alın, ya da deportasiya ediləcəksiniz. Müharibəyə getmək istəməyənlər işgəncələrə və müxtəlif zorakılığa məruz qalır. Hətta narkotik daşıma, yaxud cinayət törətmə ittihamları ilə üzləşirlər.

İkincisi, Rusiya vətəndaşlığı olan qeyri-ruslar hərbi qeydiyyatdan keçməyə məcbur edilir. Müharibə yəgetməkdən imtina edilənlər vətəndaşlıqdan çıxarılmaq, eləcə də müxtəlif cinayətlərdə ittiham olunmaq, hətta ailə üzvlərinin deport edilməsi kimi təhdidlərlə üzləşir.

“Novaya qazeta” nəşrinin ötən il apardığı araşdırma Rusiya hakimiyyətinin “miqrant ordusu” qurmaq üçün əl atdığı dəhşətli üsulları ortaya çıxarır. Nəşr yazır ki, Sankt-Peterburqda Yeni il bayramı ərəfəsində reydlər keçirilib və 3 mindən çox miqrant saxlanılıb. Reydin məhz bayram ərəfəsində keçirilməsi daha çox insanın saxlanılmasına hesablanıb. Saxlanılanlar arasında miqrantların ailələri – qadın və uşaqlar da olub. Qadın və uşaqlar xırda cinayət təcridxanalarına, kişilər isə Daxili İşlər Nazirliyinin tabeliyində olan istintaq təcridxanalarına göndərilib. Bir gün sonra hərbi komissarlığın əməkdaşları təcridxanalara gələrək, saxlanılanlarla görüşüb. Onlar bildirib ki, “ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq, müharibəyə getsinlər və vətəndaşlıq əldə etsinlər, ya da miqrasiya qanunvericiliyini pozduqları üçün onlara qarşı məhkəmə işi açılacaq”. Saxlanılanlardan 1500 nəfəri müharibəyə getməyə razılaşıb, digərləri isə ya deportasiya olunublar, ya da haqlarında cinayət işi açılıb. Qadın və uşaqların həbs edilməsi isə kişiləri hərbi müqaviləni imzalamağa məcbur etmək üsullarından biri olub. Moskvadakı “yuxarılar” bu reyddən razı qalıblar və qərar verilib ki, digər bölgələrdə də belə reydlər keçirilsin.

Faktlar təsdiq edir ki, Rusiyada şiddətlənən “miqrant ovu”nun əsas hədəflərindən biri məhz Ukraynadakı işğalçı müharibəyə canlı qüvvə cəlb etmək məqsədi daşıyır.

Göründüyü kimi, Rusiya şovinizmi artıq dövlət səviyyəsinə yüksəlib və bu ölkə “skinhed” təfəkkürü ilə idarə olunur. FSB və “OMON” isə “muzdlu qatil” rolundadır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
30 iyn 2025 | 10:22

Rusiyada azərbaycanlılara yeni «soyğun» planı: Putin müharibənin xərcini miqrantlara yükləyir


sosial
28 mar 2024 | 14:22

Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?


dunya
28 noy 2024 | 16:00

Miqrantları qovan Rusiyaya 2 milyon işçi lazımdır


siyaset
1 iyl 2025 | 13:01

Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb


dunya
20 iyn 2024 | 09:27

Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib - RƏSMİ


hadise
28 iyn 2025 | 15:10

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının fotoları


dunya
29 apr 2025 | 09:33

Putin Rusiyadakı miqrantlarla bağlı fərman imzaladı


dunya
7 noy 2024 | 14:22

BAŞLANDI! Rusiya miqrantları ölkədən ÇIXARIR, Putinin ƏMRİ işə düşdü


cemiyyet
22 avq 2024 | 11:09

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ - Buna görə Rusiya vətəndaşlığından məhrum oluna bilərlər


dunya
3 sen 2024 | 13:21

Putin o ölkəyə getsə də, həbs olunmadı


hadise
1 iyl 2025 | 13:30

Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:30 0
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
15:24 0
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 0
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 0
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 0
Prezident gənclərin tərbiyəsindən danışdı
13:51 0
DİN-ə yeni vəzifə həvalə olundu
13:48 0
Prezident və birinci xanım Şamaxıda
12:13 0
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə