Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV Prezident icra başçısını vəzifədən AZAD ETDİ Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə... ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

ABŞ İrana hücuma rəsmən icazə verdi - Bu tarixdə...

24-10-2024, 18:30 168

ABŞ İrana hücuma rəsmən icazə verdi - Bu tarixdə...


Blinken İsrailin cavab zərbəsini dəstəklədi və bunun yaxın zamanda olacağını açıqladı, lakin bu hücum eskalasiyaya səbəb olmamalıdır; Pezeşkian və Tehrandan reaksiya gəldi - rəy

“İsrailin İrana cavab zərbələri Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarmamalıdır”. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. “İsrailin eskalasiyanın daha da artmasına səbəb olmayacaq şəkildə cavab verməsi çox vacibdir”, - o qeyd edib.

Dövlət katibi dolayısı ilə İsrailin İrana hücum etməsinə razılığını bildirib. Bu da cavab zərbəsinin olacağı ehtimalını tamamilə qətiləşdirir. Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb və bu açıqlamadan əminliklə söyləmək mümkündür ki, İrana yaxın zamanda zərbə endiriləcək. “İran və "Hizbullah"ın mənə sui-qəsd cəhdini gözardı etmək olmaz". Netanyahu Blinkenlə Qüdsdə keçirilən görüşündə belə deyib. İki saat yarım davam edən görüşdə Netanyahu bildirib ki, bu, diqqətdən kənarda qalmayan dramatik əhəmiyyətə malik bir məsələdir. Tərəflər oktyabrın 1-də İranın yəhudi dövlətinə kütləvi raket hücumuna İsrailin gözlənilən cavab zərbəsini müzakirə ediblər.

İsrailin həmçinin “Hizbullah”ın Netanyahunun Qeysəriyyədəki evinin yataq otağının pəncərəsini zədələyən dron hücumuna cavab verməsi gözlənilir. Blinken İsrailə dəstəyini bir daha ifadə edib, buna baxmayaraq, bölgədə gərginliyin azaldılması və uzunmüddətli sülh üçün çalışdıqlarını dilə gətirib. İsrailin İrana mümkün hücumunu dəyərləndirən prezident Məsud Pezeşkian bildirib ki, onlar eyni cavabı alacaqlar. “ABŞ İrana gözlənilən hücumdan sonra İsraili dəstəkləməlidir”. İsrailin müdafiə naziri Yoav Qalant ölkədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib. “Nazir Qalant İranın təcavüzü və onun Yaxın Şərqə səpələnmiş şəbəkəsi vasitəsilə həyata keçirdiyi terror fəaliyyətləri ilə bağlı müzakirə zamanı İsrailin İrana hücumundan sonra ABŞ-ın İsrailin yanında olmasının vacibliyini vurğuladı. Bu, regionun müdafiəsini gücləndirəcək və şər qüvvələri zəiflədəcək”, - Müdafiə Nazirliyinin görüşdən sonra verdiyi açıqlamada deyilir.

Qalant və Blinken Livan və Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər. Qalant İsrail ordusunun müxtəlif istiqamətlərdə əməliyyat uğurlarından danışaraq Qəzzada saxlanılan girovların qaytarılmasının və “Hizbullah” qüvvələrinin Livanın cənubundan çıxarılmasının vacibliyini vurğulayıb. “Qonşu ölkələr Tehranı əmin edib ki, onlar öz ərazilərindən İsrailin İrana hücum etmək üçün istifadə etməsinə icazə verməyəcəklər”. Bunu isə İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Bütün qonşularımız bizi əmin ediblər ki, onlar bizə öz ərazilərindən, o cümlədən hava məkanından İran İslam Respublikasına qarşı istifadə etməyə icazə verməyəcəklər”, - deyə Əraqçi bildirib.

Siyasi ekspert Ramiyə Məmmədova Blinkenin bəyanatını açıq çağırış hesab edir: “Rəsmi şəkildə İsrailə deyildi ki, İranı vura bilərsən, sadəcə, böyük münaqişəyə gətirib çıxarmasın. Buna da kimsə zəmanət verə bilməz. Amma hər halda, Blinkenin çıxışı onu göstərir ki, İsrail çox güclü zərbə endirməməlidir, öz simasını qorumaq üçün addım atmalıdır. Bu bəyanatdan sonra dəqiq söyləmək olar ki, İrana hücum ediləcək. Hücumun tarixini proqnozlaşdırmaq çətindir, amma Blinken "yaxın zamanda" deməklə çox uzaqda olmadığına işarə vurdu. Düşünürəm ki, Yerusəlimə təcili səfər və Netanyahu ilə görüş ABŞ-ın İrana necə zərbə vurmasını müzakirə etməyə hesablanmışdı. Biz pərdəarxası danışıqların detallarını təbii ki, bilmirik, amma hücumun hərbi obyektlərə olacağını gözləyirəm. Belə bir zərbəyə İran yenidən cavab verməli olacaq. O zaman eskalasiya riski artacaq".

Qeyd edək ki, İsrailin İrana hücum hazırlığı ilə bağlı Pentaqonun məxfi sənədləri sızıb. ABŞ-ın Müdafiə Nazirliyində çalışan yüksək rütbəli məmur, iranəsilli amerikalı Ariana Təbatəbai sənədləri yayıb. ABŞ Milli Geoməkan-Kəşfiyyat Agentliyi və Milli Təhlükəsizlik Agentliyində İrana hücumla bağlı çox məxfi sənədlərin oktyabrın 15 və 16-da tərtib edildiyi görünür. Bu məxfi sənədlərə görə, İsrail İranda bir sıra strateji hərbi obyektlərə zərbələr endirməyə hazırlaşır. Onların arasında 46-dan çox baza var ki, onlardan 15-i ölkənin şərq sərhədi boyunca yerləşir. Mümkün hədəflər siyahısına müxtəlif hərbi bazalar, qərargahlar və raket obyektləri daxildir. Tehranda VİP eskadronu, dəniz qərargahı və quru qoşunlarının qərargahı təhlükə altında ola bilər. Xüsusi təyinatlı təyyarələrlə təchiz edilmiş “Xocir” raket poliqonu və kəşfiyyat eskadrilyaları da mühüm hədəflər sırasındadır.

Bundan başqa, İsrail İranın cənubunda, Şirazdakı Hacı Abaddakı raket obyektləri və anbarlarına, həmçinin hava bazalarındakı nəqliyyat və qırıcı eskadrilyalara hücum edə bilər. Zahedandakı Əli Ərəbi bazası, Bəndər Abbas və Bəndər Ənzəlidəki hərbi dəniz bazaları, Qaemşəhrdəki Şahrud kosmodromu da potensial hədəflər siyahısındadır. Bundan əlavə, Qum və Arakdakı raket obyektləri hədəflərin sırasındadır. ABŞ kəşfiyyatı İsrailin "F-16" və "F-35" qırıcılarının yerləşdiyi Ramon və Ramat David aviabazalarına havadan buraxılan 40-dan çox ballistik raketin (ASBM) gətirildiyini qeyd edir. Bundan əlavə, "F-15I" qırıcılarının yerləşdiyi Hatzerim Hava Bazasına 16 “Qızıl Üfüq” raketi çatdırılıb. Bu məlumatlar İrana müasir silahlardan istifadə etməklə mümkün hücuma hazırlıqdan xəbər verir.

İsrail Hərbi Hava Qüvvələri bu yaxınlarda İrana zərbələri imitasiya edən böyük bir təlim keçirib. Təlimdə uzaqmənzilli ballistik raketlər və gizli əməliyyatlar üçün pilotsuz təyyarələrdən istifadə məşqi edilib. Bu manevrlər İsrailin ciddiliyini və İranla mümkün münaqişəyə hazır olduğunu təsdiqləyir. Tehranın bu hazırlıqları yaxından izlədiyi və hücum olacağı təqdirdə cavab verməyə hazırlaşdığı bildirilir. Regionda gərginlik artmaqda davam edir və beynəlxalq müşahidəçilər yaxın gələcəkdə münaqişənin genişlənməsi ehtimalının yüksək olduğunu bildirirlər. ABŞ kəşfiyyat cəmiyyətinin məxfi sənədləri “Beş Göz” alyansı çərçivəsində elektron sistemdə yerləşdirilib: sızmanın bu sistem vasitəsilə baş verdiyi güman edilir. “Beş Göz” ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Avstraliya arasında kəşfiyyat məlumatlarının elektron mübadiləsini əhatə edən alyansdır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
16 apr 2024 | 15:23

Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı


dunya
23 okt 2024 | 18:30

ABŞ dövlət katibi: İsrailin İrana cavab zərbəsi gərginliyə səbəb olmamalıdır


dunya
10 okt 2024 | 12:16

İrana hücum ölümcül və gözlənilməz olacaq - Qalant


dunya
11 okt 2024 | 14:36

İsrail və ABŞ İrana hücumla bağlı razılığa gəlmək üzrədir


dunya
7 avq 2024 | 17:06

Blinken İsrail və İrana xəbərdarlıq edib


dunya
19 apr 2024 | 13:31

“İrana raket hücumu olmayıb”


dunya
31 may 2024 | 12:30

İsrail bu ölkənin XİN rəhbəri vasitəsi ilə İrana MESAJ GÖNDƏRİBMİŞ


dunya
2 okt 2024 | 12:46

Netanyahu, "Hizbullah" və İrandan son bəyanatlar


dunya
23 okt 2023 | 17:24

Müharibədə ikinci cəbhə açılır: Toqquşmaya qoşulanların sayı artır


dunya
2 okt 2024 | 13:19

İsrailin vuracağı İran hədəfləri açıqlandı - KİV


dunya
5 apr 2024 | 12:10

İsrail niyə görə İrana qarşıdır? - Netanyahu AÇIQLADI


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
20:40 1
Yardımlı İcra Hakimiyyətində əməliyyat - HƏBS OLUNANLAR VAR - EKSKLÜZİV
20:36 2
Prezident icra başçısını vəzifədən AZAD ETDİ
19:00 2
Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
18:34 1
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
18:30 2
Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
17:22 2
Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
17:00 1
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
16:39 2
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə