Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr Bakının işğaldan azad edilməsindən 108 il ötür Azərbaycanda Bilik Günüdür Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Müharibədə ikinci cəbhə açılır: Toqquşmaya qoşulanların sayı artır

23-10-2023, 17:24 304

Müharibədə ikinci cəbhə açılır: Toqquşmaya qoşulanların sayı artır


Livan-İsrail sərhədində vəziyyət kəskin şəkildə pisləşib. İranyönlü “Hizbullah”ın İsraillə HƏMAS arasında münaqişəyə tam gücü ilə müdaxilə edəcəyi narahatlığı var.

İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

“Hizbullah” müharibə qərarı verərsə, bununla bir ömür boyu səhv etmiş olar. Biz onu təsəvvür etmək mümkün olmayan bir qüvvə ilə vuracağıq və bunun həm “Hizbullah”, həm də Livan dövləti üçün dağıdıcı nəticələri olacaq”, - Netanyahu bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də Hizbullaha belə bir səhvə yol verməməyi şiddətlə tövsiyə edib.

Livan da öz növbəsində ölkənin cənubunda müharibədən qaçmağa çalışır.

Əgər “Hizbullah” belə bir qərar verəcəksə, o zaman Livanın baş naziri Najib Mikati təşkilatın qərarına təsir edə bilməyəcək. Çünki bu təşkilat müstəqil və ya İranın təklifi ilə qərarlar verir.

Emek İsrail Kollecinin Yaxın Şərq tədqiqatları məktəbinin rəhbəri İdo Zelikoviç Kan REKA radiostansiyasına müsahibəsində deyib ki, “Hizbullah”la genişmiqyaslı müharibə həmişəkindən daha yaxındır və son nəticədə qaçılmazdır.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus isə bildirib ki, “Hizbullah” Livanı müharibəyə sürükləyir. “Hizbullah çox təhlükəli oyun oynayır. Onlar vəziyyəti gərginləşdirirlər. Biz hər gün getdikcə daha çox hücum görürük”, - o əlavə edib.

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində deyib ki, “Hizbullah” İsrailə hücum edərsə, o zaman “ilanın başı olan” İranı vuracaqlar.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi cümə axşamı Yəmən sahillərindən, İrana yaxınlığı ilə seçilən husilərin “Ənsar Allah” hərəkatı tərəfindən İsrailə atılan bir neçə raketi məhv edib.

ABŞ Dövlət katibi Entoni Blinken də İranın səyi ilə müharibənin coğrafiyasının genişləndirmə cəhdindən narahatlığını dilə gətirib.

ABŞ-nin eskalasiya perspektivlərini və Yaxın Şərqdəki qüvvələrinə hücum riskinin artdığını qeyd edən Pentaqonun rəhbəri Lloyd Ostin ABC telekanalına müsahibəsində deyib: “Əgər hər hansı qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və gördüyümüz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim budur: etməyin. Biz özünəmüdafiə hüququnu özümüzdə saxlayırıq və müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
13 okt 2023 | 15:21

Blinken: “Hizbullah”ın İsrailə qarşı ikinci cəbhə açmasına imkan verilməyəcək


dunya
9 okt 2023 | 12:00

İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI


dunya
10 okt 2023 | 17:53

İsrail Bəşər Əsədi məhv etməklə hədələdi - ŞOK


dunya
11 okt 2023 | 13:00

MOSSAD-ın “susqunluğu”, dünyanın dizaynında böyük əməliyyatın başlanğıcı – SENSASİYA


dunya
23 sen 2023 | 13:02

Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”


dunya
18 okt 2023 | 17:02

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
12:08 0
Bakının işğaldan azad edilməsindən 108 il ötür
12:00 0
Azərbaycanda Bilik Günüdür
11:47 0
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
11:27 0
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
10:54 0
Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
10:46 0
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
10:18 0
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə