Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə... ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı? Prezident Hakan Fidanı qəbul etdi - Foto Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr Bakının işğaldan azad edilməsindən 108 il ötür Azərbaycanda Bilik Günüdür Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar

15-05-2024, 14:06 376

Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar


ABŞ prezidenti Co Bayden Çindən gələn elektrikli avtomobillər, günəş panelləri və polad da daxil olmaqla bir sıra məhsullara əlavə gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.

ABŞ Çini texnologiya transferi, əqli mülkiyyət hüquqları və sahibkarlıq ilə bağlı ədalətsiz kommersiya təcrübələrində və süni şəkildə aşağı salınmış məhsullarla qlobal bazarları zəbt etməkdə ittiham edib.

Belə ki, bu il ABŞ Çindən gələn elektrik avtomobilləri üçün gömrük rüsumunu 25%-dən 100%-ə, günəş panelləri üçün vergini 25%-dən 50%-ə, bəzi alüminium və polad məhsullarına rüsumları isə 7,5%-dən 25%-ə qaldıracaq.

ABŞ həmçinin 2025-ci ilə qədər yarımkeçiricilərə vergini 25%-dən 50%-ə yüksəldəcək. Çindən gətirilən elektrik avtomobillərinin akkumulyatorlarına, çiplərinə və tibbi məhsullara oxşar tariflərlə əlavə gömrük rüsumları tətbiq ediləcək.

Qərar Baydenin Ağ Ev yarışında rəqibi olan keçmiş prezident Donald Trampın Çin istehsalı olan elektrikli avtomobillərin ABŞ avtomobil sənayesini məhv edəcəyi ilə bağlı aylarla tənqid etməsindən sonra verilib.

Ağ Evin dərc etdiyi açıqlamada planın Çindən 18 milyard dollarlıq idxalı əhatə edəcəyi bildirilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
16 fev 2024 | 16:42

Sumqayıtda elektrikli avtobus istehsal olunacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
17:22 0
Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
17:00 0
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
16:39 0
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
12:46 0
Prezident Hakan Fidanı qəbul etdi - Foto
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
12:08 0
Bakının işğaldan azad edilməsindən 108 il ötür
12:00 0
Azərbaycanda Bilik Günüdür
11:47 0
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə