Mənzil maxinasiyası ilə "CİP" alan "jek" müdirinin başı dərddə - İqrar Sadıqov işdən çıxarılır?
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tahir Budaqov yaxın günlərdə kadr islahatına başlayacaq.
Bu barədə FİM.AZ saytının əldə etdiyi məlumatda deyilir.
Məlumata görə Tahir Budaqov öncə rayonun adı rüşvətdə və digər neqativ işlərdə hallanan Mənzil Kommunal İstismar Sahələrinin rəislərini işdən çıxaracaq.
Vəzifədən azad ediləcəyi gözlənilən məmurlardan biri də 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İqrar Sadıqovdur.
Qeyd edək ki, İqrar Sadıqov uzun illərdir "jek" rəisidir.
Onun rəhbərlik etdiyi "jek"in sakinləri İqrar Sadıqovu rüşvətxor məmur kimi xarakterizə edirlər.
Sakinlər bildirirlər ki, İqrar Sadıqovun rəis olduğu "jek"də adi arayışlar 20-50 manat arası verilir.
Məlumata görə əslən Naxçıvandan olan İqrar Sadıqov özünü bir çox yüksək vəzifəli, nüfuzlu şəxslərlə dost olduğunu, buna görə də ona "gözün üstdə qaşın var" deyən bir kimsənin olmadığını bildirir.
Onu da qeyd edək ki, İqrar Sadıqovun qiyməti 70-80 min manat olan "land cruiser" avtomobili var.
İ.Sadıqovun bu avtomobili "jek" rəisi təyin olunduqdan bir müddət sonra aldığı deyilir.

Paylaş: