Fim.az » cemiyyet » Azərbaycanın məscidlərində bayram namazı qılınır
Azərbaycanın məscidlərində bayram namazı qılınır

Azərbaycanın məscidlərində bayram namazı qılınır

Azərbaycanın məscidlərində bayram namazı qılınır


Azərbaycanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Bayram namazı "Əjdərbəy" məscidində saat 08.00-da qılınıb.

"Təzə Pir" məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə
uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.