
İranın Hörmüz boğazını açmaq üçün yeni və sərt tələblər irəli sürməsi fonunda dünya bazarında neft qiymətləri artmağa başlayıb.
Londonun ICE birjasında Brent neftinin qiyməti 1 dollara yaxın bahalaşaraq 84,4 dollar olub.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiymətində isə 0.9 dollara yaxın artım qeydə alınır. Bu markanın qiyməti 79 dollara yaxınlaşır.
