
Zaqatalada ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı “Opel” və “VAZ-2199” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2199”un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.
Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.
