Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar “Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən O İŞ ADAMI KİMDİR?

24-09-2024, 09:16 209

Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən O İŞ ADAMI KİMDİR?


"Pulun varsa və kiminləsə bəhsə girmisənsə, haradan və hansı müğənnini istəsən, toya, ad gününə gətirə bilərsən. Hər şey puldan asılıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında şou-biznes və mədəniyyət məsələləri üzrə ekspert Anar Vəziroğlu türk sənətçi Petek Dinçözün bir şəxsin bağında 8 nəfərin iştirak etdiyi məclisdən 70 min dollar qonorar alması ilə bağlı məlumatdan danışarkən deyib.

Ekspert yerli sənətçilərin tədbirlərə türk ulduzlarından baha getdiyini vurğulayıb:

"Bizimkilərə ondan çox verirlər. Röya toya 30 min manata gedir. Azdır 30 min manat? Aygün də onun kimi. Bizimkilər də o qiymətə gedirlər. Görünür, Petek Dinçözü də kiminsə gözü tutub. Deyib ki, onu gətirəcəyəm, 70 min də verəcəyəm. Bu bizdə gözlə görünən xasiyyətdir. Deyir, filankəs bu qiymətə gətiribsə, mən ondan artıq verəcəyəm".

Anar Vəziroğlu deyib ki, Azərbaycanda bir gecəyə müğənnilərə 5 milyon manat xərcləyən iş adamı olub:

"Hələ Telman İsmayılovu demirəm, bir dəfə "bərkgedən" müğənnilərin birini çağırıb, ona 3 milyon manat, üstündə də saat hədiyyə etmişdi. Adam var, uşağı üçün pul xərcləyir, adam da var qonşu ilə bəhsə girir. Yəni tanıdığı şəxs 100 min veribsə, bu 200 min verir. Biz uşağımıza toy etsək, ora heç İzzət Bağırov da gəlməz. Görünür, bunların ətrafı böyükdür ki, Petek Dinçözü gətirə bilib".

Qeyd edək ki, bu günlərdə türk müğənni Petek Dinçöz Bakıya qonaq gəlib. Sənətçi Bakıdakı bağlardan birində 8 nəfər üçün oxuduğu məclisdən 70 min dollar qonorar alıb.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
29 dek 2023 | 11:06

Azərbaycanda dollar satışında rekord - SƏBƏB AÇIQLANDI


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
10:54 0
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
10:47 1
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə