Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Polislər etiraz aksiyasına çıxdı Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Gələn il maaşlar nə qədər artacaq?

27-10-2023, 14:02 355

Gələn il maaşlar nə qədər artacaq?


Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.

Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər?

Qeyd edilən göstərici hansı sahələrdə nə qədər əməkhaqqı artımlarının olacağını təfərrüatı ilə deməyə imkan verməsə də, müəyyən təsəvvür yaratmağa imkan verir. Belə ki, gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.

Qeyd etmək lazımdır ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.

2021-ci və 2022-ci illərdəki ikirəqəmli inflyasiya 2023-cü ildə birrəqəmli ilə əvəz olunmaqla əhalinin gəlirlərinin, o cümlədən əməkhaqlarının artımından əhəmiyyətli dərəcədə geridədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların məvacibləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artıb. Həmçinin yanvar-sentyabr aylarında əhalinin gəlirləri 13,8 faiz çoxalıb. Bu dövrdə orta illik inflyasiya 11,7 faiz, illik inflyasiya isə 8 faiz olub. Yanvar-sentyabr aylarında isə inflyasiya tempi azalaraq orta illik inflyasiya 10,9 faizə, illik inflyasiya 5,1 faizə enib. Bir sözlə, gəlirlərin artım tempi inflyasiyanı üstələməkdədir və ilin sonuna doğru getdikcə fərqin daha da artacağı istisna deyil.

2024-cü ildə isə orta illik inflyasiyanın 5,2 faiz olacağı proqnozlaşdırılır. Düzdür, ötən il də 2023-cü ildə inflyasiyanın 6,9 faiz olacağı proqnozlaşdırılmışdı. Lakin sonradan inflyasiyanın ilə ikirəqəmli göstərici ilə başlaması fonunda proqnoz rəqəmi da əvvəlcə 10,6 faizə, daha sonra isə 9,5 faizə dəyişdirildi. Eləcə də ötən il cari ildə orta aylıq əməkhaqqının inflyasiya səviyyəsinə yaxın - 7,1 faiz artacağı proqlaşdırılsa da, yanvar-avqust aylarının yekununda bu göstərici faktiki olaraq 11,3 faizə yüksəlib (Bu rəqəmə özəl sektorda əməkhaqlarının leqallaşdırılmasının da təsir etdiyi istisna deyil).

Bu baxımdan gələn il orta aylıq əməkhaqqının cari ildəki göstəriciyə nisbətən 5,4 faiz artacağının proqnozlaşdırılması hələ yekun demək deyil. Bu mənada əməkhaqlarının aşağı olduğu sahələrdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə çalışanların məvaciblərinin artırılacağını təxmin etmək olar. Bundan başqa, müvafiq qiymətləndirmədən uğurla keçən müəllimləri də əməkhaqları artacaq şəxslərin sırasına əlavə etmək olar.

Lakin istənilən halda, 2024-cü ildə böyük əməkhaqqı artımı gözlənilməsə də, cari ilin sonu və növbəti ilin əvvəlində baş verə biləcək iqtisadi proseslərın artımla bağlı planları dəyişdirməsi mümkündür.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
14 sen 2023 | 16:01

Pensiyalar bu qədər artacaq - AÇIQLAMA


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
10:25 0
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
10:15 0
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
09:30 0
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
09:05 0
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
09:01 0
Polislər etiraz aksiyasına çıxdı
08:57 0
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
08:54 0
Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə