İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi

8-05-2026, 15:45 26

Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi


Azərbaycan Türkiyə ilə birgə “Sivrisinek” adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Bu barədə Türkiyənin müdafiə şirkəti “Baykar”ın baş direktoru Haluk Bayraktar İstanbulda keçirilən “SAHA 2026” müdafiə, aviasiya və kosmik sənaye sərgisində bildirib.

O qeyd edib ki, “SAHA 2026”da təqdim olunan bütün PUA-lar, o cümlədən “Sivrisinek” modeli Azərbaycan zavodlarında istehsal olunacaq. Onun sözlərinə görə, kompakt PUA əsasən yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub və müasir hərbi texnologiyadır. Təyyarənin uçuş məsafəsi təxminən 900-1000 km-dir. Sistem “atəş et və unut” prinsipi ilə işləyir və bəzi versiyaları 80 km-dən çox məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. PUA-nın uzunluğu təxminən 3,8 metr, qanadlarının uzunluğu 3,2 metrdir. Maksimum uçuş müddəti 8-9 saatdır. “Sivrisinek” katapultla buraxılır və daxili yanma mühərriki, GNSS və elektro-optik istiqamətləndirmə sistemləri, eləcə də süni intellektlə təchiz olunmuş hədəf tanıma ilə təchiz olunub. Mütəxəssislər bu PUA-ların həm kəşfiyyat, həm də zərbə əməliyyatlarında istifadə edilə biləcəyini təxmin edirlər.


Bu PUA-ların birgə istehsalının Azərbaycan üçün üstünlüyü nədir? Qardaş ölkə ilə daha hansı hərbi məhsulları istehsal edirik?


Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsindəki əməkdaşlıq sadəcə silah alqı-satqısı mərhələsini çoxdan geridə qoyaraq birgə istehsal və texnologiya transferi mərhələsinə qədəm qoyub:

“ “Sivrisinek” PUA-sının Azərbaycan zavodlarında istehsal olunması bu strateji xəttin ən yeni və mühüm nümunələrindən biridir. Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ/İsrail müharibəsi göstərdi ki, daxili istehsal son dərəcə vacib amildir. Bu baxımdan “Sivrisinek” PUA-sının birgə istehsalı Azərbaycana müəyyən üstünlüklər verir. PUA-ların yerli zavodlarda istehsalı ehtiyat hissələrin təmini və texniki xidmət baxımından kənar asılılığı minimuma endirir. Yerli istehsal yeni iş yerlərinin açılması və azərbaycanlı mühəndislərin müasir aviasiya və süni intellekt texnologiyaları üzrə təcrübə qazanması deməkdir. 900-1000 km uçuş məsafəsi və “atəş et və unut” sistemi ordunun operativ imkanlarını genişləndirir, xüsusilə dərinlikdəki hədəflərin yüksək dəqiqliklə məhv edilməsini təmin edir. Eyni zamanda bu dronların Azərbaycanda istehsal edilməsi gələcəkdə onların üçüncü ölkələrə ixracı, ölkənin qeyri-neft sektoru üçün yeni gəlir mənbəyi ola bilər”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyə təkcə dron yox, digər sahələrdə də əməkdaşlıq edirlər:

“Azərbaycan Türkiyə şirkətləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif növ zirehli nəqliyyat vasitələrinin modernləşdirilməsi və yığılmasını həyata keçirir. ASELSAN-Bakı zavodun vasitəsilə ordumuzun istifadə etdiyi müasir radio-rabitə sistemləri, daxili xəbərləşmə cihazları və elektron müharibə elementlərinin bir hissəsi yerli olaraq istehsal və ya təmir edilir. Azərbaycanın ROKETSAN ilə əməkdaşlığı sayəsində raket sistemlərinin istiqamətləndirmə blokları və müxtəlif çaplı sursatların birgə istehsalı həyata keçirilir. Azərbaycan Su-25 qırıcılarının təmiri də Türkiyədə həyata keçirilib. Belə ki, Azərbaycan aviasiya vasitələrini Ukraynada təmir etdirirdi. Ukraynadakı müharibədən sonra Su-25 qırıcılarının Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Laçın” layihəsi çərçivəsində modernləşdirilməsi həyata keçirilir. Perspektivdə Türkiyə ilə Azərbaycan arasında digər istiqamətlərdə də işlər aparıla bilərlər. Azərbaycanın Türkiyənin 5-ci nəsil qırıcı təyyarəsi olan KAAN layihəsinə tərəfdaş kimi qoşulması gələcəkdə bəzi komponentlərin Azərbaycanda istehsalına yol aça bilər. İddialar var ki, Azərbaycan gələcəkdə bu döyüş təyyarələrini də ala bilər.

Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Xəzər dənizinin təhlükəsizliyinə ciddi diqqət ayırmağa başlayıb. Hətta Türkiyədən sahil müdafiə sistemləri alıb. Paralel olaraq birgə kater, kater-dron (kamikadze botlar) və sahil mühafizə gəmilərini istehsal edə bilərlər.

Müasir müharibələrin əsas hərəkətverici qüvvəsi olan alqoritmlərin və kiber-təhlükəsizlik sistemlərinin birgə proqram təminatı səviyyəsində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq da mümkündür. Hesab edirəm ki, Azərbaycanın təkcə Türkiyə ilə yox, eyni zamanda Çexiya və digər ölkələrlə bu tip əməkdaşlığı onu regionun hərbi-sənaye mərkəzlərindən birinə çevirə bilər”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
6 may 2026 | 15:41

Azərbaycan üç yeni kamikadze dron istehsal edib


cemiyyet
8 may 2026 | 13:46

Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj


cemiyyet
13 may 2025 | 16:06

Sumqayıtda “Bayraktar” istehsal ediləcək


dunya
5 fev 2024 | 12:00

Türkiyənin yeni yerli avtomobili - "TOGG"a rəqib gəlir


iqtisadiyyat
30 okt 2023 | 15:30

Azərbaycan və Özbəkistan birgə avtomobil istehsal edəcək


dunya
5 sen 2025 | 19:00

Türkiyə ALTAY tanklarının kütləvi istehsalına başladı


siyaset
25 okt 2023 | 15:19

Türkiyə MN Azərbaycanda keçirilən birgə təlimlə bağlı paylaşım edib: “Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə