Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Tehranın üzü Ermənistandan dönür - səbəblər

3-12-2025, 17:00 85

Tehranın üzü Ermənistandan dönür - səbəblər


“İki qardaş” arasında problemlər dərinləşir; nazir müavininin İsrailə səfəri İranı özündən çıxarıb
Son zamanlar İran mediasında davamlı olaraq Ermənistanın son siyasi addımları geniş müzakirə mövzusuna çevrilib. Bildirilir ki, rejimə bağlı ekspertlər İrəvanla əvvəlki kimi deyil, daha ehtiyatlı davranmağı tövsiyə edirlər. Onlar bildirirlər ki, Ermənistan hökumətinin Qərbə meyllənməsi onlar üçün qorxulu olmasa da, İsraillə yaxınlaşma cəhdləri kifayət qədər problemli məsələdir. Bugünlərdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın İsrailə səfər etməsi isə bu müzakirələri qızışdırmağa başlayıb. İran mediası yazır ki, bu səfər zamanı tərəflər Zəngəzur dəhlizi məsələsini müzakirə ediblər. “Həmin yolun açılması İsrailin bilavasitə marağındadır. Çünki həmin dəhlizin bir ucu gedib onlara çatacaq”.

Yeri gəlmişkən, anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı politoloq Ehsan Movəhhediyan da Ermənistanla bağlı ilginc iddia səsləndirib. Onun sözlərinə görə, Qafqaz artıq Tehran və Moskva üçün “çətin coğrafiyaya” çevrilib. Movəhhediyan iddia edib ki, Qərb Ermənistanı Türk Dövlətləri Təşkilatına cəlb etmək istəyir. “Həmçinin ABŞ Ermənistanda kəşfiyyat məqsədli böyük məlumat mərkəzi inşa edib”. İranın Ermənistandan üzü dönməsi oyundur, yoxsa Tehran həqiqətən də İrəvanın siyasətində özlərinə ciddi təhlükə görürlər?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İranın müəyyən ekspertlərinin Ermənistanla bağlı narahatlıqlarını ifadə etməsi qətiyyən oyun deyil və Tehran həqiqətən də Ermənistanın mövcud hakimiyyətinin son illərdə yeritdiyi xarici siyasət xəttindən ciddi narahatlıq keçirir: “Bu barədə İran tərəfi dəfələrlə Ermənistan rəsmilərinə açıq şəkildə fikirlərini deyiblər. Pezeşkiandan öncəki İran prezidenti İbrahim Rəisi Ermənistan rəsmiləri ilə görüşərkən açıq şəkildə Ermənistanın Rusiya hərbi bazasını çıxarmaq istiqamətində atdığı addımları narahatlıqla qarşıladığını söyləmişdi. İran rus hərbçilərinin Ermənistandan çıxarılmasını və onların yerinə Qərb ölkələrinin hərbçilərinin gətirilməsini qəbul etməyəcəyini demişdi. Rəisi onu da demişdi ki, əgər Rusiya hərbçiləri Ermənistandan çıxarılırsa, İran özünün Ermənistanla sərhədində hərbi bazasını yarada bilər. İranın ciddi narazılığını doğuran hadisələrdən biri Avropa İttifaqı müşahidə missiyasının sərhəddə yerləşdirilməsi olmuşdu. Onların kəşfiyyat xarakterli fəaliyyətinə açıq şəkildə etiraz olunmasa da danışıqlar zamanı narahatlıq İrəvanın nəzərinə çatdırılmışdı. Ermənistanın ABŞ ilə birlikdə hərbi təlimlər keçirməsinə İran ciddi narazılığını bildirib. Yəni artıq İranla Ermənistan arasında problemlər durmadan artır. Bu problemlər içərisində Zəngəzur dəhlizi də xüsusi yer tutur. İran bu dəhlizin əleyhinədir, onun açılmasını qətiyyən istəmir, hesab edir ki, Azərbaycan Naxçıvanla onun ərazisindən keçərək əlaqə saxlaya bilər və Zəngəzur dəhlizinə heç bir ehtiyac yoxdur. Ancaq dəhlizin inşasında və ona nəzarət eləmə prosesində ABŞ-nin iştirakı, ümumiyyətlə, Tehran tərəfindən qəbuolunmazdır. Nə qədər Ermənistan rəsmiləri İran hakimiyyətini sakitləşdirməyə çalışsa da aydındır ki, bu narahatlıq zaman keçdikcə artacaq. ABŞ-nin bölgəyə daxil olması, bölgədə ABŞ-nin və Türkiyənin nüfuzunun artması İranın və Rusiyanın təsirinin azalmasına gətirib çıxaracaq. Rusiyanın bu gün başı Ukraynada qarışıbsa, İranın bu məsələlərə açıq gözlə baxmaq imkanı kifayət qədər var və öz narahatlıqlarını dəfələrlə bildirirlər”.

Ekspert qeyd etdi ki, İranın Ermənistanla ticarət səviyyəsi təxminən 1milyard dollar səviyyəsindədir və tərəflər bunu 3 milyarda qaldırmaq istəyirlər: “Lakin təbiidir ki, bu, o qədər asan deyil. Nəzərə alsaq ki, ABŞ və Avropa İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıblar və bu sanksiyaların get-gedə artacağı da istisna olunmur. Çünki İran nüvə proqramı ilə bağlı heç bir güzəştə getmək istəmir. Sanksiyalar Ermənistanın İranla ticarət əlaqələrində mənfi təsirini göstərəcək. Bu şəraitdə Ermənistanla İranın ticarət əlaqələrində də ciddi problemlər yaranacaq. Sanksiyaların tətbiq olunması Ermənistanı İranla əməkdaşlıqdan çəkindirəcək. Nəticədə isə İranın Ermənistandan narazılığı bir qədər artacaq. İranla Rusiyanın Nikol Paşinyana qarşı birləşmə ehtimalı kifayət qədər yüksəkdir. Qərb Paşinyana seçkidə ciddi dəstək verməsə, Rusiya-İran tandemi Ermənistanda istədiyinə nail olacaq və bütün bölgədə başlanan proses dayandırılacaq və mənfi istiqamət götürəcək. Belə vəziyyətdə Zəngəzur dəhlizinin açılmasının qarşısı alına bilər. Bütün bunlar nəzərə alınmalıdır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
9 sen 2024 | 17:10

Tehranın Zəngəzur dərdinin əsas səbəbi - Erməni ekspert


siyaset
19 sen 2024 | 19:00

İranın Zəngəzur oyununda SON PƏRDƏ - "Rusiyanın dediyi olacaq"


siyaset
6 fev 2025 | 12:00

Tehran çətin vəziyyətdə, Zəngəzur dəhlizinin reallaşması...


iqtisadiyyat
5 sen 2024 | 16:11

Naxçıvana yol belə açılacaq: Masada 2 variant var...


siyaset
8 sen 2023 | 18:00

Ermənistan-ABŞ təlimlərinə İran razılıq verib - İDDİA


dunya
25 iyl 2024 | 19:00

Ermənistan üçün İranla hərbi əməkdaşlıq daha sərfəlidir - İNCƏLƏMƏ


siyaset
13 mar 2024 | 19:00

Ermənistan İrana qarşı Qərbin əsas kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərəcək - Görünəni odur ki...


siyaset
21 avq 2024 | 19:00

ABŞ-nin Zəngəzur planı: İran nədən narahat olmağa başlayıb? - GƏLİŞMƏ


siyaset
16 iyn 2025 | 12:00

“Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika


dunya
11 sen 2023 | 16:47

İsrail mediası: Xamenei Zəngəzur dəhlizi ilə bağlı şəxsən tapşırıq verib


siyaset
29 dek 2023 | 18:30

Erməni-fars cütlüyünün TƏBRİZ HOQQASI - ŞƏRH


siyaset
3 okt 2023 | 17:31

İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? - Belə olduğu halda...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə